Şəmkirlilərin yeganə seçimi cənab İlham Əliyevdir
29.09.2013 [10:38]
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Şəmkir rayonunda da uğurla davam etdirilir
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Şəmkir rayonunda da uğurla davam etdirilir. Bu məqsədlə, rayonun Dəllər qəsəbəsində və Çənlibel kəndində seçicilərlə növbəti görüşlər keçirilib.
Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev vurğulayıb ki, YAP-ın namizədi cənab İlham Əliyev alternativsiz liderdir: “Bunun da səbəbləri kifayət qədərdir. Təkcə bir faktı xatırlamaq kifayətdir ki, son 10 ildə Azərbaycan iqtisadi cəhətdən yüksək inkişaf yolu keçərək bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır. Son illər Azərbaycan ümumdaxili məhsulun həcminə görə regionda lider ölkəyə çevrilib. Bu artım hər il davam edir və biz bu tendensiyanın, inkişafın, sabitliyin artması, davamlı və dayanıqlı olması üçün oktyabrın 9-da növbəti dəfə cənab İlham Əliyevə səs verməliyik”.
Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor Vaqif Şadlinski Azərbaycan dövlətinin müstəqillik tarixinə qısa nəzər salıb. Onun sözlərinə görə, 1991-ci ildə əldə edilmiş müstəqillikdən sonra hər cür çətinliyi görən Azərbaycan xalqı yaxşını pisdən ayırmağı bacarır. Ən çətin dövrlərdə xalqımızın çox düzgün qərarlar qəbul etdiyini və doğru seçimlər etdiyini xatırladan V.Şadlinskinin sözlərinə görə, bu dəfə də xalqımız doğru qərar verməklə, növbəti tarixi uğura imza atacaq: “Bütün ürəklərdə bir seçim var-Heydər Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs vermək. Çünki bu gün Azərbaycanda İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur”.
O, YAP-ın namizədi İlham Əliyevin prezidentliyi dövründə görülən işləri xatırladaraq vurğulayıb ki, İlham Əliyev hələ Prezident seçilməzdən öncə öz dövlətini, xalqını və millətini sevən əsl vətəndaş olduğunu sübuta yetirmişdi. Eyni zamanda, göstərmişdi ki, işləməyi, bir çox problemləri müdrikcəsinə həll etməyi bacaran siyasi xadimdir. 2003-cü ildə xalqın iradəsi ilə hakimiyyətə gəldikdən sonra Onun Ümummilli liderimiz Heydər Əliyevin siyasətini çox cəsarətlə, şərəflə davam etdirdiyinin şahidi olduq.
Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən dövlət proqramlarından danışan təbliğat qrupunun üzvü şair-publisist Taleh Həmid isə deyib ki, bu gün Azərbaycan, bəlkə də, yeganə ölkədir ki, öz iqtisadiyyatını, öz inkişafını dövlət proqramları ilə qurub. Yəni, bütün sahələr üzrə düşünülmüş, planlaşdırılmış şəkildə məsələlər qoyulub və həmin proqramlar ölkəmizin davamlı inkişafını təmin edib.
O, həmçinin, bildirib ki, İlham Əliyev Prezident seçilməzdən öncə verdiyi vədlərin hamısına əməl edib: “Məhz bu səbəbdən biz hamımız YAP-ın “İlhamla irəli” şüarını əlimizdə bayraq edib, İlham Əliyevə səs verəcəyik”.
Çıxış edən digər natiqlər və rayon sakinləri əmin olduqlarını bildiriblər ki, qarşıdan gələn prezident seçkilərində şəmkirlilərin yeganə seçimi var - o da cənab İlham Əliyevdir.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

