/ / Artıq Azərbaycan yeni bir dövrə qədəm qoyub, həm müharibədə, həm də sülhdə tarixi qələbələr qazanıb
Artıq Azərbaycan yeni bir dövrə qədəm qoyub, həm müharibədə, həm də sülhdə tarixi qələbələr qazanıb
30.09.2025 [22:18]
Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışına çox qürurverici xatırlatmalarla başlayıb. Sitat: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”. Vətənini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşında fəxarət hissi doğuran möhtəşəm girişdir.
BMT Baş Assambleyasındakı səsvermədə hətta Təhlükəsizlik Şurasının qətnamələrinin qəbuluna səs vermiş həmsədr ölkələrin Azərbaycanın ərazi bütövlüyünə “bitərəf” qalmalarını da unutmamışıq. Ədalətsizliyə baxın, BMT tərəfindən tanınan ərazilərimizə də şübhə ilə yanaşırdılar, işğalçı Ermənistanla təcavüzə məruz qalmış Azərbaycanın arasında “bərabərlik” işarəsi qoymağa çalışırdılar. Elə bu kimi ikili standartlar işğal və təcavüzün, barmarlığın, vandalizmin bu qədər uzanmasına, maddi-mənəvi, dini abidələrimizin darmadağın edilməsinə gətirib çıxartdı. Amma Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan dövləti, Ali Baş Komandan İlham Əliyevin Ordusu oldu! Zəfərin Memarının BMT-dəki ali kürsüdən səsləndirdiyi çıxış əslində keçilən şərəfli yolla bağlı hesabat xarakterli olmaqla yanaşı, həm də dünyanın ayrı-ayrı ölkələri üçün yol xəritəsi idi. Ukrayna ilə bağlı verilən suala Azərbaycan Prezidentinin “heç vaxt işğalla barışmayın”, məsləhəti də yaddaşlara əbədi yazılıb. Prezident İlham Əliyevin qırmızı xətləri var, beynəlxalq hüquqa hörmət bu sırada xüsusi yer alır. 44 günlük Vətən Müharibəsində və ondan sonra Ermənistanın və Qarabağdakı separatçıların saysız cinayətlərinə, müharibə qaydalarına zidd əclaflıqlarına rəğmən, Azərbaycanın ləyaqətli savaş və antiterror əməliyyatı aparması bütövlükdə dünya üçün bir nümunə olmaqla yanaşı, beynəlxalq hüquqa hörmətin əyani nümayişi oldu. Dövlət başçımızın Qalib və Haqlı olaraq BMT kürsüsündən səsləndirdiyi fikirlərə dünyanın diqqət kəsilməsi həm də keçilən yolun nümunəvi olmasından irəli gəlirdi. 30 illik işğal dönəmində beynəlxalq kürsülər bir qayda olaraq Azərbaycan həqiqətlərinin çatdırılması baxımından önəm kəsb edirdi və dövlət başçılarımızdan, rəsmi şəxslərdən bir qayda olaraq dövlət siyasətimizin ali hədəflərinə uyğun şəkildə mövqelər eşidərdik. Amma “Xocalıya ədalət” istədiyimiz zaman, Qarabağın, Şərqi Zəngəzurun işğalına son qoyulması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin qeyd-şərtsiz Ermənistan tərəfindən icrasına nail olunması istiqamətində addımların atılmaması bəzən çoxumuzda xəyal qırıqlığı yaradırdı, ümidsizləşirdik. Lakin dövlətimizin Lideri heç zaman inamını itirmədi, qətiyyətli şəkildə hədəflərə doğru addımlar atdı, qərarlar qəbul etdi, nəticədə tarixi Zəfər qazandıq! 44 günlük Vətən Müharibəsindəki qələbədən sonra Azərbaycan Prezidentinin BMT tribunasından ilk çıxışında o qədər mühüm məqamlar oldu ki...Bəlkə də kimlərsə düşünürdü ki, artıq Azərbaycan ərazi bütövlüyün təmin etdiyinə, 8 avqustda Vaşinqtonda sülh sənədi paraflandığına, Prezident Trampın şahidliyi ilə iki ölkə arasında anlaşmalar əldə olunduğuna görə, dövlətimizin başçısı Ermənistanın cinayətlərinin üstündən keçəcək. Amma axı, cənab Prezident bir çox çıxışlarında xalqımıza xitabən “biz üzləşdiyimiz cinayətləri, işğal həqiqətlərini unuda bilmərik”, deyib. Ermənistanın törətdiyi müharibə cinayətlərinin BMT kürsüsündən bəyan olunması təkcə rəsmi İrəvana, erməni revanşistlərinə və onların havadarlarına deyil, həm də işğal və terror küləyi əsdirənlərə ünvanlı xəbərdarlıq, əsl dərslik materialı idi. Yəni kimlərsə “daşı ətəyindən tökməsə”, yekunda peşman olacaqlar. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icra edən Azərbaycan Prezidenti və dövlətinə əslində BMT rəhbərliyinin və Təhlükəsizlik Şurasının daimi, qeyri-daimi üzvlərinin təşəkkür borcu var, amma onlar bu cəsarəti özlərində tapa bilmirlər. On illərlə Azərbaycanın torpaqlarını ilhaq üçün canfəşanlıq edənlərdən bunu gözləməyə dəyməz. 30 illik səmərəsiz danışıqlardan sonra Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərkən Makron Fransası kimi əl-ayağıma dolaşanlar da az olmadı. Fransa prezidentinin Azərbaycanın təhdid etməsi, Təhlükəsizlik Şurasında ölkəmizə qarşı qətnamə qəbul etdirməyə çalışması, Fransa parlamentindəki əclaflıqlar, daha nələr-nələr...Unutmayacağıq, necə ki, ölkə başçımızın BMT kürsüsündəki çıxışında da bu həqiqətlərlə bağlı vacib faktlar sadalandı. Artıq Azərbaycan yeni bir dövrə qədəm qoyub, həm müharibədə, həm də sülhdə tarixi qələbələr qazanıb. Amma dövlət başçımız bununla kifayətlənmək niyyətində olmadığını BMT tribunasından bəyan etdi. Sitat: “Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”. Bu, artıq bəşəriyyətə töhfə deməkdir. Prezident İlham Əliyev pandemiya ilə mübarizə zamanı həm də erməni faşizmi ilə torpaqlarını azadetmə savaşında idi. İki cəbhədə getmirdi savaş, həm də “silahlandırılıb” üstünə göndərilən qərəzli media təmsilçilərinin iddialarını darmadağın edirdi əsaslı arqumentlərlə.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15

