XII Zirvə Görüşü yeni mərhələnin əsasını qoydu
08.10.2025 [23:17]
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XII Zirvə görüşü türk dünyasının həmrəyliyinin və birliyinin simvoluna çevrildi. Qlobal siyasətdə baş verən dəyişikliklərin fonunda keçirilən bu mühüm toplantı təşkilatın sülhün, sabitliyin və təhlükəsizliyin təmininə yönəlmiş birgə mövqeyini nümayiş etdirdi. Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin inkişafı və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biridir. Cənab Prezident İlham Əliyevin Zirvə görüşlərindəki çıxışları və irəli sürdüyü təşəbbüslər TDT-nin yalnız mədəni əməkdaşlıq platforması deyil, həm də əhəmiyyətli geosiyasi mərkəz kimi mövqeyini gücləndirməyə xidmət edir. Qəbələdə keçirilən bu Zirvə Görüşündə sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi ölkəmizin təşkilatdakı aparıcı rolunun rəsmi təsdiqi kimi dəyərləndirildi. Toplantıda səslənən fikirlər bir daha sübut etdi ki, Türk Dövlətləri Təşkilatı artıq regional əməkdaşlıq formatını aşaraq, strateji güc mərkəzinə çevrilib. Prezident İlham Əliyev də bu reallığı vurğulayaraq bildirdi: “Türk Dövlətləri Təşkilatı bu gün sadəcə əməkdaşlıq platforması deyil, yeni geosiyasi mərkəzlərdən birinə çevrilir.”
Əsası 2009-cu ildə imzalanan Naxçıvan Sazişi ilə qoyulmuş TDT bu illər ərzində siyasi, iqtisadi, müdafiə və mədəni sahələrdə sıx inteqrasiyanı təmin edərək mühüm inkişaf yolu keçib. Azərbaycan təşkilatın təşəkkül tapmasında və onun təsir gücünün artmasında önəmli rol oynayıb. Qəbələ Zirvəsi bu prosesin davamı kimi vahid təhlükəsizlik məkanının gücləndirilməsi baxımından dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev çıxışında qeyd etdi: “Təhlükəsizlik olmadan dayanıqlı inkişafdan danışmaq mümkün deyil. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq ölkələrimizin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.” Azərbaycanın təşəbbüsü ilə 2026-cı ildə TDT ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsi planlaşdırılır ki, bu da ortaq müdafiə potensialının artırılması və regional təhlükəsizlik sisteminin gücləndirilməsi məqsədi daşıyır.
“Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən XII Zirvə Görüşü təşkilatın fəaliyyətində yeni mərhələnin əsasını qoydu. Üzv dövlətlərin liderləri son zirvədən bəri görülən işləri qiymətləndirərək, gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi apardılar. Görüşdə müşahidəçi statuslu ölkələrin rəhbərlərinin iştirakı da TDT-nin beynəlxalq nüfuzunun artdığını göstərdi. Zirvə, türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsi, inteqrasiyanın daha dərinləşməsi və ortaq hədəflərin reallaşdırılması üçün vacib siyasi platforma rolunu oynadı. Azərbaycan isə bu prosesin aparıcı qüvvəsi kimi türk birliyinin güclənməsinə ardıcıl töhfə verir və vahid türk ailəsinin daha da yaxınlaşması istiqamətində fəaliyyətini davam etdirir.
Cənab Prezident İlham Əliyev Zirvə çıxışında iqtisadi əməkdaşlığın gücləndirilməsini xüsusi vurğuladı. O bildirdi ki, Azərbaycanın türk dövlətlərinə yatırdığı 20 milyard dollardan artıq sərmayə qarşılıqlı etimadın və ortaq inkişaf strategiyasının bariz nümunəsidir. Bu sərmayələrin əsas hissəsi Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə layihələrə yönəlib. Bu, sadəcə iqtisadi əməkdaşlıq deyil, həm də birgə yüksəliş fəlsəfəsini əks etdirir. Prezidentin fikrincə, TDT çərçivəsində iqtisadi inteqrasiyanın genişlənməsi türk ölkələrini dünya iqtisadiyyatında mühüm güc mərkəzinə çevirəcək.
Zirvə görüşündə cənab Prezident İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri də Azərbaycanın əldə etdiyi tarixi Qələbə və bərpa olunmuş suverenliyimiz idi. Dövlət başçısı qeyd etdi ki, qardaş türk ölkələri Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində yaxından iştirak edirlər. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin, Cəbrayılda macar qardaşlarımızın hədiyyə etdiyi məktəbin, eləcə də Füzuli məscidinin tikintisi türk həmrəyliyinin parlaq göstəricisidir. Bu layihələr yalnız infrastruktur deyil, həm də mənəvi dəyərlərin, qarşılıqlı etimadın və qardaşlığın təzahürüdür.
Azərbaycan bu mənəvi birliyin mərkəzində dayanaraq, ortaq tarix, mədəniyyət və dilin qorunması istiqamətində mühüm rol oynayır. Eyni zamanda, müasir çağırışlara uyğun mədəni və gənclər proqramlarının həyata keçirilməsi türk xalqları arasında ideoloji yaxınlığı möhkəmləndirir. Azərbaycan dilinin, ədəbiyyatının, musiqisinin və incəsənətinin türk coğrafiyasında tanıdılması, ortaq humanitar layihələrin təşviqi türk xalqları arasındakı bağları daha da gücləndirir.
Ortaq köklər, tarix və dəyərlər üzərində formalaşan bu birlik Türk Dövlətləri Təşkilatının uğurunun təməlini təşkil edir. Azərbaycan bundan sonra da türk dünyasının birliyinin, həmrəyliyinin və ortaq maraqlarının qorunması istiqamətində səylərini davam etdirəcək. Qəbələ Zirvəsi bir daha göstərdi ki, türk dövlətləri eyni hədəflər uğrunda vahid mövqedən çıxış edir və bu həmrəylik regionda sülhün, təhlükəsizliyin və inkişafın başlıca təminatıdır.
Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

