Beynəlxalq münasibətlərdə əsas hədəf əməkdaşlığın gücləndirilməsidir
08.10.2025 [19:08]
Oktyabrın 6-7-də dünyanın gözü Qəbələdə idi. Bu zamanda Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü keçirildi, Türk Dövlətləri Təşkilatı dünyaya sülh və təhlükəsizlik mesajları verdi. Eyni zamanda, bildirildi ki, Türk Dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi və qarşıdakı dövr üçün əməkdaşlıq yol xəritəsi müəyyənləşdiriləcək. Bir daha gördük ki, Türk Dövlətləri Təşkilatı dünya sülhü və təhlükəsizliyi naminə getdikcə güclənən bir quruma çevrilir.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı ortaq soy, dil, tarix və mədəniyyətə əsaslanan bir qurumdur. Heç bir ölkəyə təhdid yaratmır və Türk dünyası üçün birlik platformasıdır. Qəbələ görüşünün gündəliyinə baxanda da buna bir daha görmək olur. Təşkilat regional təhlükəsizlik, nəqliyyat dəhlizlərini və enerji layihələrini müzakirə edəcək. Təbii ki, müzakirə edilən bütün məsələlər həm Qərb, həm də Şərq ölkələri üçün olduqca önəmlidir.
TDT-yə hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan üzvdür. Macarıstan və Türkmənistan isə təşkilatda müşahidəçi statusuna malikdir.
TDT 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Bildiyimiz kimi, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub, sonradan Özbəkistan 2019-cu ildə üzv qəbul edilib. Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.
Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Prezident həmin Zirvə zamanı bəyan etmişdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu bəyanat türk dövlətlərinin qarşısında yalnız regional deyil, qlobal miqyasda tarixi hədəf qoydu.
Təşkilatın əsas hədəfi üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni və müdafiə sahələrində əməkdaşlığı dərinləşdirmək, ortaq türk kimliyini və maraqlarını qlobal səviyyədə təmsil etməkdir. Son illərdə TDT-nin sürətli genişlənməsi onu ənənəvi regional birliklərdən fərqləndirir.
Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDaxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09

