Türk dünyasının qarşısında açılan tarixi fürsətlər
09.10.2025 [13:26]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Prezident İlham Əliyevin 7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında səsləndirdiyi bu fikir, müasir dövrdə türk dünyasının qarşısında açılan tarixi fürsətləri və regional güc kimi təşəkkül tapmaq istiqamətində atılan konkret addımları əks etdirir. Təşkilat artıq yalnız mədəni və tarixi bağlar əsasında qurulmuş bir birlik deyil, eyni zamanda siyasi, iqtisadi, hərbi, enerji və nəqliyyat sahələrində əməkdaşlığı dərinləşdirən, beynəlxalq münasibətlər sistemində öz yeri və çəkisi olan güclü bir platformaya çevrilməkdədir.
Hazırda Türk Dövlətləri Təşkilatı üzv dövlətlərin milli maraqlarını qorumaq və ortaq strateji mövqelər formalaşdırmaq baxımından mühüm bir dialoq və əməkdaşlıq məkanıdır. Azərbaycanın təşəbbüsləri və liderliyi ilə bu təşkilat qısa müddətdə siyasi koordinasiyanın dərinləşdirilməsi, regional təhlükəsizliyin gücləndirilməsi və qarşılıqlı etimadın artırılması istiqamətində mühüm uğurlar əldə edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, təşkilatın güclənməsi təkcə region üçün deyil, daha geniş coğrafiyada sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bugünkü şəraitdə dünyada yeni güc mərkəzlərinin formalaşdığı və beynəlxalq münasibətlər sisteminin yenidən qurulduğu bir zamanda Türk Dövlətləri Təşkilatı da öz nüfuzunu artıraraq qlobal güc balansında söz sahibi olmağa doğru irəliləyir.
Cənab Prezident öz çıxışında Türk dünyasının ortaq dəyərlər üzərində birləşdiyini, tarixi və mədəni bağların siyasi reallıqlarla birləşərək praktiki nəticələr verdiyini qeyd etdi. Bu birlik xalqlar arasında həmrəyliyin möhkəmlənməsi, dil, mədəniyyət, təhsil və informasiya sahələrində ortaq layihələrin həyata keçirilməsi ilə müşayiət olunur. Xüsusilə son illərdə Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi təsisatların fəaliyyəti, ortaq təhsil proqramlarının icrası və gənclər arasında mübadilə mexanizmləri türk xalqları arasında mənəvi körpüləri daha da möhkəmləndirir. Bu, yalnız simvolik deyil, strateji dəyəri olan birgəlik nümunəsidir.
Eyni zamanda iqtisadi sahədə də Türk Dövlətləri Təşkilatı üzv dövlətlər arasında qarşılıqlı ticarətin və investisiya axınlarının artırılması, ortaq infrastruktur layihələrinin həyata keçirilməsi ilə geosiyasi gücünü daha da artırır. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan indiyədək digər türk dövlətlərinə 20 milyard dollardan artıq sərmayə yatırıb və bu investisiyalar qarşılıqlı inam və ortaq maraqların göstəricisidir. Bu təşəbbüslər təkcə iqtisadi deyil, həm də strateji mahiyyət daşıyır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər üzv dövlətlər arasında enerji, logistika və nəqliyyat sahələrində reallaşan layihələr bütövlükdə türk coğrafiyasını bir-birinə daha da yaxınlaşdırır. Bu da təşkilatın regionlararası nəqliyyat qovşağına çevrilməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31

