Qəbələ Zirvəsi – Türk dünyası qlobal gücə doğru inamla yüksəlir
10.10.2025 [13:30]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşü türk birliyinin yeni tarixi mərhələsinin əsasını qoydu. Eyni zamanda, TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yekunlarına dair qəbul edilmiş Qəbələ Bəyannaməsi türk dövlətlərinin strateji hədəflərini müəyyənləşdirdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandanın çıxışı türk dövlətləri arasında əməkdaşlığın yeni mühüm istiqamətini müəyyən etdi. Təhlükəsizliyi təmin etmədən və güclü ordu mövcud olmadan qüdrətli dövlətin formalaşdırılması və ölkələrin mütərəqqi inkişafı qeyri-mümkündür. Ölkə başçısı cənab İlham Əliyevin Zirvə Görüşündəki fikirləri bir daha göstərdi ki, Azərbaycanın təşəbbüsləri Türk dünyasında inteqrasiya proseslərini sürətləndirir.
Özbəkistan, Türkmənistan, Macarıstan, Qırğızıstan və ŞKTC liderlərinin çıxışları da məzmunluluq və türk dövlətlərinin qarşılıqlı fəaliyyətinə töhfə vermək istəyi ilə seçilib. Qəbələ Bəyannaməsinin 12 bəndinin əsasını siyasi iradə və gələcək əməkdaşlıq istəyi təşkil edib.
Zirvə Görüşünün yekunları göstərir ki, Qəbələ Bəyannaməsi təşkilata üzv dövlətlərin suverenlik və ərazi bütövlüyünə sadiqliyini, həmçinin əsas regional çağırışlar üzrə müntəzəm məsləhətləşmələrə ehtiyac olduğunu bir daha təsdiq edir. Qəbələdə keçirilən TDT Zirvə Görüşü Türk dünyasında əməkdaşlıq və inkişaf istəyinin aydın şəkildə təzahürüdür.
Bəyannaməyə əsasən, TDT əlaqələndirilmiş xarici siyasətini gücləndirməyə sadiqdir; xarici işlər nazirləri daha tez-tez görüşəcək, aparıcı beyin mərkəzləri və universitetlər yeni Türk Strateji Vizyon Şəbəkəsi çərçivəsində qüvvələrini birləşdirəcək. Bəyannamədə təhlükəsizliyinin təmin edilməsinin bütün türk regionunda sülh və firavanlıq üçün mühüm əhəmiyyət kəsb etdiyi Əfqanıstandakı vəziyyətə xüsusi diqqət yetirilir.
Bundan başqa, ölkələr arasında Strateji Tərəfdaşlıq, Əbədi Dostluq və Qardaşlıq haqqında Müqavilə üzərində iş sürətləndirilir, müdafiə sənayesi sektorunda mütəmadi əlaqələr qurulur.
Türk dünyasının aparıcı beyin mərkəzləri hesab edirlər ki, Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycanın Qəbələ şəhəri təkcə coğrafi deyil, həm də mənəvi-ideoloji mərkəz kimi xüsusi əhəmiyyət daşıyır.
TDT dövlət başçılarının bu mötəbər tədbirdəki çıxışları bütün Türk dünyasının strateji hədəflərini və gələcəyinə baxışı müəyyən etmiş oldu. Hətta çoxşaxəli tərəfdaşlığın dinamikasını daha da genişləndirmək və sürətləndirmək məqsədilə 2030-cu ilə qədər inkişaf Strategiyasının və ayrıca yol xəritəsinin hazırlanması təklif olunur. Bu o deməkdir ki, Türk Dövlətləri Təşkilatı artıq öz inkişaf strategiyasını müəyyənləşdirir və həmin istiqamət üzrə əmin addımlarla irəliləyir.
Təhsil sahəsində əməkdaşlığı gücləndirmək və istedadlı alimlərin tədqiqatlarını stimullaşdırmaq üçün Özbəkistanda Beynəlxalq Türk Dövlətləri Universiteti açılır. Bu təhsil ocağı türk ölkələrindən olan gəncləri elmi əməkdaşlıq və intellektual inkişaf sahələrində bir araya gətirəcək. Bundan başqa, süni intellekt və kreativ iqtisadiyyat sahəsində yol xəritəsi layihəsi də müasir təhsil sisteminə doğru mühüm addımdır. Bu təşəbbüs sayəsində türk universitetləri beynəlxalq arenada lider mövqelərə yüksələ biləcəklər.
İqtisadi sahəyə aid əsas qərarlar arasında Xidmətlər Ticarətinin və İnvestisiyaların Asanlaşdırılmasına dair Saziş üzrə danışıqların başlanması, TDT-nin Mərkəzi Banklar Şurasının institusionallaşdırılması və Türk İnvestisiya Fondunun mandatının genişləndirilməsi yer alır. Zirvə Görüşündə İqlim tərəfdaşlığı, davamlı maliyyələşdirmə və yaşıl texnologiyaların tətbiqi üzrə addımlar təsdiq edilib. TDT ölkələrinin enerji sistemlərini Avropa bazarları ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş regional yaşıl enerji dəhlizinin yaradılmasına xüsusi diqqət yetirilib. Təbii ki, bu da Türk dünyasının gələcəyi üçün atılmış addımdır və təqdirəlayiq nüanslardandır.
Bəyannamədə Trans-Xəzər Beynəlxalq Marşrutuna daha çox diqqət yetirilir. Liderlər regionun tranzit daşımaları üzrə rəqabət qabiliyyətini artırmaq üçün rəqəmsal inteqrasiya, qaydaların unifikasiyası və logistikanın inkişafına ehtiyac olduğunu vurğulayıblar.
Zəngəzur dəhlizinin və Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafı, eləcə də Çin-Qırğızıstan-Özbəkistan avtomobil yolunun təşviqi layihələri dəstəklənib.
Bir sözlə, Qəbələ Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının təhlükəsizlik, davamlı inkişaf və mədəni inteqrasiya məsələlərində ölkələrin səylərini birləşdirməyə qadir olan effektiv regional platforma kimi artan əhəmiyyətini təsdiqlədi.
Eyni zamanda, Qəbələdə keçirilən TDT Zirvə Görüşündə səslənən hər bir təklif sadəcə bəyanat deyil, yeni tarixin başlanğıcıdır. Qədim kökləri və ortaq mədəniyyəti olan Türk dünyası 21-ci əsrdə yeni sivilizasiyanın mərkəzinə çevrilir.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34

