Regional tərəfdaşlığın yeni mərhələsi
14.10.2025 [15:58]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan xalqının Lideri cənab İlham Əliyev iştirak etdiyi hər bir beynəlxalq tədbirlərdə olduğu kimi oktyabrın 10-da Düşənbədə reallaşan MDB Dövlət Başçıları Şurasının Sammitində də ölkəmizi yüksək səviyyədə təmsil etdi. Müstəqil Azərbaycanın milli maraqlarının müdafiəsini hər zaman önə çəkən Prezident cənab İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı da ölkəmizin təşəbbüslərinin təşkilat daxilində əməkdaşlığın dərinləşməsinə, humanitar əlaqələrin genişlənməsinə, həmçinin regional tərəfdaşlığın yeni mərhələyə keçidiyindən xəbər verdi.
MDB çərçivəsində dövlətlərin əməkdaşlığını siyasi müstəvidə olduğu kimi, mədəni, sosial və humanitar sferalarda strateji prioritet kimi dəyərləndirlir. Azərbaycan da öz növbəsində üzv ölkələrlə iqtisadi və mədəni sahələrdə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın ardıcıl və dinamik inkişaf etməsinə mühüm töhfələr verir.
Mötəbər tədbirdəki çıxışında Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyinə toxunan ölkəmizin Prezidenti İlham Əliyev qeyd edib ki, onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.Azərbaycanın türkdilli ölkələrlə, o cümlədən Tacikistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycan və tacik xalqı arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. 90-cı illərinin əvvəlində Ulu Öndər Heydər Əliyev və Tacikistanın hazırkı Prezidenti Emoməli Rəhmon iki ölkə arasında möhkəm təməl üzərində qurulan münasibətlərə, əlaqələrin inkişafına və ölkələr arasında dostluq münasibətlərinin qurulmasına böyük töhfə veriblər. Bu günkü ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı da məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin, hər iki ölkə rəhbərinin gərgin, səmərəli əməyinin nəticəsidir. Son illər ərzində Azərbaycanın və Tacikistanın prezidentlərinin qarşılıqlı işgüzar səfərləri hər iki ölkənin gələcək inkişaf perspektivlərinin, müxtəlif sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın daha da yüksəlməsinə səbəb olub. Hər iki ölkənin rəhbərliyi arasında formalaşmış etimad mühiti regional sabitliyin, iqtisadi tərəfdaşlığın və dayanıqlı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.
Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirən ölkə Prezidenti İlham Əliyev çıxışında onu da qeyd edib ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.
Düşənbə çıxışında MDB məkanında əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verən dövlətimizin başçısı cənab İlham Əliyev sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində keçirilən III MDB Oyunlarını da tədbir iştirakçılarının diqqətinə çatdırıb. MDB çərçivəsində humanitar əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edən nüfuzlu idman platformasında 13 ölkədən 1600-dən çox idmançı iştirak edib. Dahi Nizami yurdu Gəncə ilə yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində ilə keçirilən yarışlar MDB məkanında birliyin, həmrəyliyin təntənəsi oldu.
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında səslənən fikirlər göstərdi ki, regionda qarşılıqlı anlaşma, təhlükəsizlik və iqtisadi tərəfdaşlıq üçün daha böyük addımlar atılacaq.
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

