Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan - Qazaxıstan əlaqələri böyük perspektivlər vəd edir

Azərbaycan - Qazaxıstan əlaqələri böyük perspektivlər vəd edir

21.10.2025 [12:32]

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin birliyi Azərbaycanın xarici siyasətinində mühüm prioritet məsələlərdən biridir. Tarixin müxtəlif çağlarında ölkəmizin türkdilli dövlətlərlə iqtisadi, siyasi, humanitar, həmçinin digər sahələr üzrə əməkdaşlıq əlaqələri bu gün də uğurla davam edir. Müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin bu dövlətlər ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.

Azərbaycanın türk dilli dövlətlərlə, o cümlədən Qazaxıstanla əməkdaşlığı müasir dövrümüzdə yeni mərhələyə qədəm qoyub, yüksələn xətt üzrə inkişaf etməkdədir. Azərbaycanın Qazaxıstanla münasibətləri həm ikitərəfli dövlətlərarası münasibətlər zəminində, həm beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də uğurla inkişaf edir, iqtisadi əlaqələr dərinləşir. Beynəlxalq arenada da ölkələrimiz bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.

Dövlət Başçısı cənab İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.

İki dost ölkə arasında 20 il əvvəl Azərbaycan-Qazaxıstan əməkdaşlığının inkişafının etibarlı təməlini qoyan strateji Müqavilə imzalanıb. Bu illər ərzində Azərbaycan ilə Qazaxıstan arasında təqribən 170 sənəd işləyib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb.

Artıq Azərbaycan Qazaxıstan ilə fəal şəkildə investisiya layihələri həyata keçirir. Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan arasında qarşılıqlı əlaqələri 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra daha da inkişaf edib. Ölkəmizin regionda nəqliyyat-logistika imkanlarının genişlənməsi, Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirilməsi diqqətləri Azərbaycana yönəldir. Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. İki ölkə arasında qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. Belə ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.

Ölkəmizin Prezidenti cənab İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibədə söylədiyi fikirlər bir daha onu təsdiq edir ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr böyük perspektivlər vəd edir.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31