Qazaxıstanla münasibətlər gələcəyə yönəlmiş strateji xəttə əsaslanır
24.10.2025 [12:16]
Bu gün Qazaxıstan həm regional, həm də qlobal platformalarda Azərbaycanla etibarlı tərəfdaşlıq əlaqələrini dinamik şəkildə inkişaf etdirən dost ölkədir. Oktyabrın 21-də Astanada cənab Prezident İlham Əliyev istər mətbuata verdiyi bəyanatında, istərsə də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında etdiyi çıxışında vurğuladı ki, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə Qazaxıstanın qardaş dəstəyini hiss etmişik. Xüsusilə də işğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib.
Təbii ki, müharibədən sonrakı dövrdə də Qazaxıstanın mövqeyi dəyişməyib. Cari ilin avqust ayının 8-də Vaşinqtonda, Ağ Evdə Ermənistanla sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Bu gün Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də real həyatda olduğunun bariz göstəricisidir.
Məlumdur ki, Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası münasibətlər möhkəm bünövrə üzərində qurulur. Xüsusilə son üç ildə dövlət başçıları səviyyəsində ondan çox qarşılıqlı səfərlərin olduğu nəzərə alınarsa, münasibətlərin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Qeyd olunmalıdır ki, Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir. Cənab Prezident İlham Əliyevin Qazaxıstana səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və Hökumətlərarası Komissiya və Ali Dövlətlərarası Şura çərçivəsində əldə olunan nəticələrin hamısı ölkələrimizin və xalqlarımızın, həmçinin qonşu ölkələrin maraqlarına xidmət edir. Ona görə də bu gün Azərbaycan-Qazaxıstan əlaqələri həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Təbii ki, bütün bunlar daimi diqqət və dövlət başçılarının iştirakını tələb edir.
Son dərəcə təqdirəlayiq haldır ki, ölkələrimiz ənənəvi olaraq bir-birini istər BMT, istərsə də bütün digər beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyirlər. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət ölkələrimiz arasında olan yaxınlığı bir daha göstərir. Cənab Prezidentin çıxışında qeyd olunduğu kimi, gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bunlar İslam Əməkdaşlıq Təşkilatının Sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitidir. Əminliklə demək olar ki, bu mötəbər beynəlxalq tədbirlər də Azərbaycan və Qazaxıstan bir-birilərinə yaxın mövqelərdən çıxış edəcəklər.
Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir təzahürü də budur ki, Azərbaycan xalqı Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edir. Füzulidə açılışı olmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də xalqlarımız qardaşlığın və dostluğun rəmzidir. Qarabağ bölgəsinə səfər edən hər kəs Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən bu qardaş köməyinin şahidi olur. Bu, “Böyük Qayıdış” layihəsinin uğurla həyata keçirildiyi bir vaxtda müstəsna əhəmiyyətə malikdir.
Əlbəttə ki, cənab Prezident İlham Əliyevin çıxışında Zəngəzur dəhlizi layihəsinin potensialı barədə yer alan fikirlər xüsusi əhəmiyyət kəsb edir. Qeyd olundu ki, Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Əgər digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçirilərsə Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər. Cari ilin avqust ayında keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri də məhz elə TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha da böyük potensial əldə olunacaq.
Yuxarıda qeyd olunanları yekunlaşdıraraq deyə bilərik ki, Azərbaycan-Qazaxıstan münasibətləri yalnız ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində strateji əməkdaşlığın gözəl nümunəsidir. Bu əlaqələr həm regional inteqrasiyanın dərinləşdirilməsi, həm də türk dünyasının siyasi və iqtisadi birliyinin güclənməsi baxımından xüsusilə böyük önəm daşıyır.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35

