Strateji əməkdaşlığın yeni mərhələsi
27.10.2025 [14:47]
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 oktyabr 2025-ci il tarixində Astana şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə bir sıra yüksək səviyyəli görüşlər keçirdi. Bu səfərin mərkəzində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası dayanırdı. İclas və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatlar iki ölkə arasında əməkdaşlığın strateji səviyyəyə yüksəldiyini bir daha təsdiqlədi.
İclas zamanı Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan münasibətlərinin uzunmüddətli dostluq və qarşılıqlı hörmət üzərində qurulduğunu vurğuladı. O, xüsusilə Qazaxıstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, məkdaşlığımız yalnız iqtisadi layihələrlə məhdudlaşmır; o, həm strateji təhlükəsizlik, həm regional stabillik, həm də mədəni-humanitar sahələrdə özünü göstərir.” Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə vurğuladı ki, iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir və əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcək.
İclas çərçivəsində iqtisadiyyat, enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, birgə layihələrin həyata keçirilməsi və regional nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində konkret addımlar razılaşdırıldı.
Prezident İlham Əliyev vurğuladı ki, bu əməkdaşlıq yalnız Azərbaycan və Qazaxıstan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edir.
Astana iclasında regional təhlükəsizlik, enerji təhlükəsizliyi və qlobal ticarət marşrutlarının diversifikasiyası məsələləri də müzakirə olundu. Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlara da diqqət çəkdi.
Ölkəmiz Ermənistanla yükdaşımalar üzərindəki məhdudiyyətləri aradan qaldıraraq regional əməkdaşlıq üçün yeni imkanlar açıb. Bu, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və qarşılıqlı etimadın artırılmasına töhfə verir.
Azərbaycan və Qazaxıstan arasındakı əlaqələr ikitərəfli münasibətlərdən kənara çıxaraq, beynəlxalq təşkilatlar çərçivəsində də koordinasiyalı fəaliyyətə yönəlir. Ali Dövlətlərarası Şuranın ikinci iclası gələcəkdə daha geniş və hərtərəfli əməkdaşlığın təməlini qoydu.
Prezident İlham Əliyevin Astana səfəri, Azərbaycan-Qazaxıstan əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu və bu əməkdaşlığın regional və qlobal səviyyədə sabitliyin təmin olunmasına töhfə verəcəyini nümayiş etdirir.
Azərbaycan-Qazaxıstan əməkdaşlığı yalnız dövlət səviyyəsində deyil, xalqlar arasında dostluq və qarşılıqlı hörmətin gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Mədəni, təhsil və humanitar sahələrdə həyata keçiriləcək birgə təşəbbüslər, gələcəkdə daha geniş əməkdaşlıq imkanlarına yol açacaq.
Beləliklə, Astana iclası və Prezident İlham Əliyevin çıxışları Azərbaycan-Qazaxıstan münasibətlərində yeni, daha dərin və strateji məzmunlu bir mərhələnin əsasını qoyur. Bu mühüm tədbir təkcə iki ölkə arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın inkişafını deyil, həm də ortaq tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsini nümayiş etdirir.
Azərbaycan və Qazaxıstan qarşılıqlı etimada, bərabərhüquqlu tərəfdaşlığa və regional sabitliyin qorunmasına əsaslanan bir əməkdaşlıq modeli formalaşdırır. Hər iki ölkə regional və qlobal məsələlərdə bir-birini dəstəkləyərək, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və iqtisadi inteqrasiya sahələrində birgə səylərini artıracaq.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

