Üçrəngli bayrağımız daha qürurla, əzəmətlə dalğalanır
05.11.2025 [15:09]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Beş il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici diplomatiyada qazandığımız böyük uğurlar bizi addım-addım böyük Zəfərə yaxınlaşdırırdı. Xalqımızın möhtəşəm birliyi, qüruru qarşısında erməni mifi birdəfəlik darmadağın edildi. Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində öz qüdrətini göstərdi, tarixi zəfərə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Müzəffər Ali Baş Komandanın, Qalib ölkəmizin Prezidenti cənab İlham Əliyevin qətiyyəti nəticəsində artıq Azərbaycanın hər qarış torpağında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı düşmənə sübut etdi ki, əcdadlarımızdan bizə miras qalan yurd yerlərinin bir qarış torpağına belə heç kəs göz tikə bilməz. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında ali amal uğrunda birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. Qazanılan bu böyük Qələbə, Xalq-Prezident-Ordu birliyi Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Bütün dünya Azərbaycanın qüdrətinə, haqq-ədalət uğrunda savaşına, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsinə şahidlik etdi.
Ali Baş Komandan, ölkə Başçımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuzun, rəşadətli əsgər və zabitlərimizin hünəri sayəsində şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında Azərbaycanı diktə edən tərəfə çevirdi, “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkildi. Vətən müharibəsinin həlledici məqamlarına, böyük qələbəni təmin edən amillərə nəzər salanda qürur, yüksək fəxarət hissi yaşayırıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazanılan misilsiz qələbə regionda yeni reallıq yaratdı. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir” sözləri tam təsdiqini tapdı.
2020-ci il 8 Noyabr – Zəfər Günündən sonar Azərbaycanın tarixində yeni inkişaf səhifəsi başladı. Azərbaycan xalqı sahib olduqları torpaqlara yenidən həyat qaytardılar. Dövlət başçımızın rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən quruldu, dirçəldildi. Eyni zamanda torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri xüsusi qayğı və diqqətlə əhatə olundular. Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi verilən sözün böyük dəyərə malik olmasının göstəriciləridir.
Tarixi Zəfər onu da sübut etdi ki, xalqın öz dövlətinə, rəhbərinə inamı hər bir qələbəni reallaşdırır. Bu gün dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin, qəhrəman şəhidlərimizin ruhu şaddır.
İllərdən bəri gözlədiyimiz, həsrətində olduğumuz bu tarixi gündə xalqımız böyük Zəfər Gününü, bayramını fəxrlə qeyd edir, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarda daha qürurla, əzəmətlə dalğalanır.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42

