Milli birliyin və mərhəmətin ifadəsi: Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
18.12.2025 [21:10]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində qəbul ediləcək növbəti amnistiya aktı Azərbaycan dövlətinin humanizmə, ədalətə və sosial ədalət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu mühüm təşəbbüs minlərlə ailənin yenidən sevincə qovuşmasına, illərdir həsrətində olduqları doğmalarına qayıdışına imkan yaradacaq. Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən 34 il ərzində ölkəmizdə ümumilikdə 12 amnistiya aktı qəbul edilib və bu aktlar 70 minə yaxın şəxsi əhatə edib. İlk amnistiya məhz müstəqilliyimizin bərpası münasibətilə qəbul olunaraq, yeni dövlətin humanist siyasətinin əsasını qoyub. Qeyd edilməlidir ki, bu amnistiya aktlarının böyük əksəriyyəti Prezident İlham Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Eyni zamanda, dövlət başçısı tərəfindən indiyədək 70-dən çox əfv sərəncamı imzalanıb ki, onların da əksəriyyəti məhz müasir inkişaf mərhələsində həyata keçirilib. Bu faktlar bir daha göstərir ki, humanizm, bağışlama və islah olunma şansı vermək siyasəti Azərbaycan dövlətçiliyinin əsas dəyərlərindən biridir. Bu nəcib ənənənin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. İnsan taleyinə həssas yanaşma, ailələrin birləşməsinə şərait yaratmaq, cəmiyyətə yenidən qazandırmaq kimi humanist addımlar müasir Azərbaycan reallıqlarının ayrılmaz hissəsinə çevrilib. Bu prosesdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri də xüsusi qeyd olunmalıdır. Onun insanpərvərlik, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan fəaliyyəti əfv və amnistiya siyasətinin daha geniş miqyas almasına mühüm töhfələr verir. İllər ərzində qəbul edilən əfv sərəncamları və amnistiya aktları nəticəsində on minlərlə Azərbaycan vətəndaşı ilə yanaşı, ölkəmizdə cəza çəkmiş əcnəbi şəxslər də azadlıqlarına qovuşaraq ailələrinə dönüblər. Bu isə Azərbaycanın beynəlxalq humanitar dəyərlərə verdiyi önəmin göstəricisidir. Məlumdur ki, Azərbaycan Respublikasında qanunun aliliyi və hüquqi dövlət prinsipləri daim prioritet təşkil edir. Bununla yanaşı, əlamətdar tarixi hadisələr və xüsusi ictimai-siyasi mərhələlər ərəfəsində amnistiya aktlarının qəbul edilməsi ölkəmizdə formalaşmış humanist və dövlətçilik ənənələrinin bariz nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya aktının gündəmə gətirilməsi də məhz bu ali dəyərlərə söykənən, cəmiyyətin sosial rifahına və ictimai ədalətin təmininə xidmət edən mühüm addımdır. Bu təşəbbüs dövlət başçısının insan amilinə verdiyi yüksək dəyərin, hüquq və ədalət prinsiplərinə sadiqliyinin növbəti təzahürüdür. Azərbaycan Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş 2021-ci il 5 noyabr tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar 17 267 şəxsə şamil olunaraq indiyədək tətbiq edilmiş ən geniş amnistiya olmuşdur. Hazırda isə cənab Prezident “Konstitusiya və Suverenlik İli” çərçivəsində daha geniş əhatəli növbəti amnistiya aktının təşəbbüsü ilə çıxış edib. Qəbul edilməsi nəzərdə tutulan bu amnistiya aktı indiyədək ölkəmizdə tətbiq olunmuş ən genişmiqyaslı humanist sənədlərdən biri olacaq və 20 mindən artıq şəxsi əhatə edəcək.
Cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mərkəzində hər zaman insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları da bu humanist siyasətin ardıcıl və sistemli xarakter daşıdığını aydın şəkildə nümayiş etdirir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs də dövlətin vətəndaşına verdiyi yüksək dəyərin, hüquqi dövlət quruculuğuna və insan hüquqlarının qorunmasına göstərilən xüsusi diqqətin bariz ifadəsidir. Şübhəsiz ki, bu amnistiya aktı minlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, cəmiyyətimizdə sosial həmrəyliyin möhkəmlənməsinə, humanist dəyərlərin daha da təşviqinə xidmət edəcək və “Konstitusiya və Suverenlik İli”nin sonunda xalqımıza ünvanlanan ən əlamətdar və dəyərli töhfələrdən biri kimi tarixə düşəcək. Bu baxımdan sənəd təkcə hüquqi deyil, həm də dərin siyasi və mənəvi məna daşıyır. Qazanılmış tarixi Zəfərdən və suverenliyin bərpasından sonra elan edilən amnistiya aktı güclü dövlətin güclü humanizm siyasətinin göstəricisidir. Azərbaycan bu addımı ilə dünyaya bir daha nümayiş etdirir ki, güc və mərhəmət, qətiyyət və humanizm bir-birini tamamlayan ali dəyərlərdir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

