Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamı
23.12.2025 [17:14]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ölkəmizin müasir tarixində dövlətçilik ənənələrinin möhkəmlənməsi, iqtisadi inkişafın sürətlənməsi, beynəlxalq nüfuzun artması və milli birliyin güclənməsi ilə xarakterizə olunur. Onun rəhbərliyi ilə Azərbaycan yeni tarixi mərhələyə qədəm qoymuş, xalqın gücü və dövlətin iradəsi birləşərək böyük nailiyyətlərə imza atmışdır.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətti müasir çağırışlara uyğun şəkildə davam etdirmişdir. 2003-cü ildən etibarən dövlətçilik kursunun yeni tarixi şəraitdə uğurla davam etdirilməsi siyasi varisliyin real məzmunla təmin olunduğunu nümayiş etdirmişdir. Bu mərhələdə əsas məqsəd sabitliyi qorumaqla yanaşı, inkişafı sürətləndirmək, islahatları dərinləşdirmək və dövlətin institusional əsaslarını möhkəmləndirmək olmuşdur.
Xalqa verilmiş bütün vədlərin mərhələli şəkildə yerinə yetirilməsi, sosial öhdəliklərin icrası və idarəetmədə şəffaflığın artırılması cəmiyyətdə dövlətə olan inamı daha da gücləndirmişdir. Regional və beynəlxalq proseslərə çevik uyğunlaşma, risklərin əvvəlcədən hesablanması və strateji qərarların vaxtında qəbul edilməsi müstəqil Azərbaycanın yeni inkişaf mərhələsini şərtləndirən əsas amillərdən biri olmuşdur.
Prezident İlham Əliyevin siyasi fəaliyyətində ən mühüm prinsiplərdən biri verdiyi sözün əməli ilə üst-üstə düşməsidir. Bu, onun dövlət idarəçiliyində ardıcıllıq, xalqla etibarlı münasibət və milli maraqlara sadiqlik nümunəsi kimi qəbul olunur. Prezidentin hər bir çıxışı, verdiyi vəd və çağırış sonradan konkret nəticələrlə təsdiqlənmişdir.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və şanlı ordumuzun gücü nəticəsində tarixi Zəfərlə sona çatmışdır. 44 gün davam edən müharibə nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir.
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılmışdır. 2022-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bu proses yekunlaşmışdır.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatı isə Azərbaycanın ərazi suverenliyi və bütövlüyünün tam bərpası ilə nəticələnmişdir. Bu, dövlətimizin gücünü və xalqımızın iradəsini bir daha nümayiş etdirmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” Proqramı tarixi ədalətin bərpası, milli birliyin möhkəmlənməsi və dövlətçilik ənənələrinin gücləndirilməsi ilə səciyyələnir. İşğaldan azad edilmiş torpaqlarda həyatın bərpası, yeni şəhər günlərinin təsis edilməsi xalqımızın qürur və zəfər tarixinin davamıdır.
Şəhər günlərinin təsis olunması həm tarixi yaddaşın qorunması, həm də milli birliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hər bir şəhər günü həmin bölgənin azad olunmasının rəmzi kimi qeyd ediləcək, xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürəcəkdir. Bu günlər həm də Böyük Qayıdışın bayramı olacaq, azad edilmiş torpaqlarda əbədi yaşama iradəsini möhkəmləndirəcəkdir.
Artıq Azərbaycan yeni reallıqlar mühitində növbəti inkişaf mərhələsinə qədəm qoymuşdur. Qarşıda duran strateji vəzifələr müstəqilliyin qorunması, əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu ilə bağlıdır.
Eyni zamanda, qabaqcıl elmə və texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi də prioritet istiqamətlərdəndir. Yeni dövrdə Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi və siyasi dialoqun dərinləşdirilməsi əsas hədəflərdən biri olacaqdır.
Müstəqil Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafı, milli maraqların qorunması və beynəlxalq nüfuzun möhkəmləndirilməsi Prezident İlham Əliyevin liderliyi və uzaqgörən siyasətinin nəticəsidir. Dövlətin gücü və vətəndaşların rifahı vəhdət təşkil edir. Bu amil isə ölkəmizi davamlı və dayanıqlı inkişaf edən, həm regionda, həm də beynəlxalq aləmdə nüfuzlu dövlətə çevirir.
Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50

