Qazanılan bütün uğurlar ölkəmizin davamlı inkişafını əks etdirir
06.01.2026 [18:38]
Məlumdur ki, bu gün ölkəmiz beynəlxalq münasibətlər sistemində artan nüfuzu və əlverişli geosiyasi mövqeyi ilə seçilən mühüm dövlətlərdən biridir. Ölkəmizin balanslaşdırılmış daxili və xarici siyasəti, möhkəm iqtisadi təməli, enerji sektorunda etibarlı tərəfdaş kimi formalaşmış imici onun qlobal miqyasda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusən Avropanın enerji təminatında ölkəmizin tutduğu mühüm yer dövlətimizin strateji mövqeyini bir daha ön plana çıxarır. Qeyd etmək lazımdır ki, əldə olunan nailiyyətlər ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin əsasını Prezident İlham Əliyevin praqmatik yanaşması və uzaq perspektivləri nəzərə alan idarəçilik modeli təşkil edir. Məhz bu yanaşma ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmlənməsinə imkan yaradır.
Yeri gəlmişkən, Ölkə başçısının yerli televiziya kanallarına verdiyi müsahibədə də vurğulandığı kimi milli maraqlara söykənən müstəqil siyasi xətt, iqtisadi gücün artırılması və ardıcıl islahatlar ölkəmizin davamlı inkişafını təmin edən əsas amillərdəndir. Prezident İlham Əliyev müsahibəsində ötən ilin uğurlarını dəyərləndirdi, 2026-cı il üçün strateji prioritetlərini açıqladı və ölkənin daxili siyasət hədəfləri ilə beynəlxalq mövqeyini şərh etdi. Dövlət başçısı Azərbaycan-Çin münasibətlərinə toxunaraq ötən il Çinə etdiyi dövlət səfəri zamanı imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni mühüm siyasi uğur kimi qiymətləndirdi, bunu ölkəmizin ardıcıl və məqsədyönlü diplomatiyasının parlaq nəticəsi adlandırdı. Şübhəsiz ki, bu sənəd Azərbaycan-Çin münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldən strateji əsaslar formalaşdırır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan-ABŞ münasibətlərinə də diqqət yetirən dövlət başçısı Bayden-Blinken administrasiyasının fəaliyyəti dövründə ikitərəfli əlaqələrin ciddi zərər gördüyünü, 2025-ci ilin Azərbaycan-Amerika münasibətləri baxımından dönüş nöqtəsi olduğunu vurğuladı. Tramp administrasiyasının hakimiyyəti dövründə isə ABŞ-la münasibətlərin normallaşdırılması üçün əlverişli siyasi mühit formalaşmış, xüsusilə də 907-ci düzəlişin ləğvi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb etmişdir. Ermənistan-Azərbaycan müharibəsinin faktiki olaraq sona çatması həmin dövrdə baş verən əsas geosiyasi proseslərdən biri kimi tarixə həkk olundu. Bununla yanaşı Prezident Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi xüsusi önəm daşıyan hadisə kimi yadda qaldı. Təxminən 30 il əvvəl yaradılmış bu təşkilatın tarixində ilk dəfə yeni üzv qəbul edilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun və çoxtərəfli diplomatiyada qazandığı etimadın bariz nümunəsidir. Prezident müsahibəsində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində aparılan quruculuq işlərinə toxunaraq vurğuladı ki, həyata keçiriləcək layihələr bölgələri iqtisadi baxımdan birləşdirəcək. Hər bir addım həm yerli həyat səviyyəsini yüksəldir, həm də regionu strateji baxımdan daha əlverişli mövqeyə gətirir. Naxçıvan üzərindən İranla, Azərbaycan vasitəsilə isə Rusiya ilə açılacaq dəmir yolu bağlantıları yalnız nəqliyyatı gücləndirmir, eyni zamanda Ermənistan üçün yeni iqtisadi imkanlar yaradır. Burada əsas məqam odur ki, aparılan layihələrdən uduzan olmayacaq. Siyasi anlaşılmazlıqlar iqtisadi inteqrasiyanın və infrastrukturun inkişafına mane ola bilməz. Prezident açıq şəkildə mesaj verdi ki, regionda əməkdaşlıq və praqmatik yanaşma hamı üçün üstünlükdür.
Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmiz illərdir sülhü təşviq edir, faydalı əməkdaşlıq arxitekturası qurmağa çalışır və beynəlxalq öhdəliklərə sadiqliyini fəaliyyəti ilə sübut edib. Amma təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi 27 il kağız üzərində qaldı. Prezident haqlı olaraq bildirdi ki, BMT Nizamnaməsi üzərində deyil, torpaq üzərində yaşayırıq. Buna görə də güclü olmalıyıq. Çünki sülh, ədalət, əməkdaşlıq yalnız sözlə, kağız üzərində saralan və lazımsız əşyalara çevrilən qətnamələrlə deyil, həm də real güc, iradə ilə qorunur.
Ən əsası, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibə zamanı bir sıra vacib məsələlərə diqqət çəkərək aktual mövzularla bağlı dəyərli fikirlər səsləndirdi və inkişaf, uğur və gələcək hədəflərin anonsunu verdi. Ölkə başçısı ölkə daxilində reallaşdırılan layihələrdən və Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi uğurlardan bəhs edərək bu nailiyyətlərin məqsədyönlü və ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu qeyd etdi.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55

