Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır
08.01.2026 [20:37]
Əhalinin bütün təbəqələrinə qayğı ilə yanaşılması, hər bir vətəndaşın etibarlı sosial təminatı Azərbaycan dövlətinin prioritetlərindən biridir. İldən-ilə iqtisadi sahədə əldə olunan artımlar, maliyyə imkanlarının yüksəlməsi həm də vətəndaşların sosial rifahında özünü göstərib. Hər il olduğu kimi, ötən ilin mənzərəsi də sübut etdi ki, respublikamızda sosial islahatlar davamlıdır. Əhalinin rifah halının daha da yaxşılaşdırılması, o cümlədən həssas qrupdan olan vətəndaşlarımıza dövlət dəstəyinin daha da gücləndirilməsi istiqamətində çoxsaylı islahat tədbirlər həyata keçirilib.
Bizim siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Həmin dövrdə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin olunub, 100-dən çox şəhərcik inşa olunmuşdur. Son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.
İlham Əliyev ötən 22 il ərzində ölkənin siyasi, iqtisadi, sosial və hərbi həyatında köklü və fundamental dəyişikliklərə imza atmışdır. Bu dövr müasir Azərbaycan tarixində güclü dövlət quruculuğu, dayanıqlı inkişaf, milli maraqlara əsaslanan xarici siyasət və ərazi bütövlüyünün tam bərpası ilə xarakterizə olunur.
Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri ölkədə sabitliyin möhkəmləndirilməsi və dövlət institutlarının gücləndirilməsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda idarəetmə sistemi müasir çağırışlara uyğunlaşdırılmış, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atılmışdır.
Son 22 ildə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf mərhələsi keçmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji strategiyası ölkənin iqtisadi müstəqilliyini təmin etmişdir. “Əsrin müqaviləsi”nin məntiqi davamı olaraq Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr reallaşdırılmışdır.
Bu layihələr Azərbaycanın qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Eyni zamanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətinə çevrilmiş, kənd təsərrüfatı, sənaye, turizm və nəqliyyat sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial siyasət daim diqqət mərkəzində olmuşdur. Əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə maaşlar, pensiyalar və sosial müavinətlər dəfələrlə artırılmışdır. Minlərlə şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilmiş, sosial ədalət prinsipi dövlət siyasətinin əsas dayaqlarından birinə çevrilmişdir.
Təhsil və səhiyyə sahəsində aparılan islahatlar insan kapitalının inkişafına xidmət etmişdir. Yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilmiş, gənclərin bilik və bacarıqlarınınf artırılması üçün geniş imkanlar yaradılmışdır.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətinin zirvə nöqtələrindən biri müasir, güclü və peşəkar Azərbaycan Ordusunun formalaşdırılması olmuşdur. Ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmiş, müdafiə qabiliyyəti ildən-ilə gücləndirilmişdir.
Nəticə etibarı ilə son 22 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan güclü, müstəqil və qalib dövlətə çevrilmişdir. Bu dövr tarixə milli dirçəliş, iqtisadi yüksəliş və ərazi bütövlüyünün bərpası mərhələsi kimi daxil olmuşdur. Azərbaycan bu gün regionun lider dövləti, söz sahibi olan beynəlxalq aktor kimi çıxış edir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

