Su resurslarını ən səmərəli idarə edən ölkə
15.01.2026 [15:35]
Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirildi. Prezident İlham Əliyev son 20 ildə paytaxt Bakıda və bölgələrdə həyata keçirilən infrastruktur layihələrindən geniş bəhs etdi. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Regionların malik olduğu potensialdan səmərəli istifadə hədəfə nail olmaqda mühüm amil kimi önə çəkildi. Dövlətimizin başçısının Sərəncamları ilə təsdiqlənən Regional inkişaf proqramları hər bir bölgənin inkişafında əhəmiyyətli rol oynayan infrastruktur layihələrinin uğurlu icrasını şərtləndirdi.
Dövlət başçısı İlham Əliyev müşavirədə infrastruktur layihələrinin icrası istiqamətində atılan addımlar sırasında ölkəmizin, əhalinin təbii qaza olan tələbatının ödənilməsindən geniş bəhs etdi. Bildirdi ki, əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir. Bu ölkələrin sayı ildən-ilə artır və bu il də yeni ölkələr bu siyahıya daxil ediləcək.
Yol infrastrukturunun müasirləşdirilməsi, yeni yolların çəkilişi də bu istiqamətdə görülən işlərdəndir. Müşavirədə qeyd edildi ki, bu gün həm magistral, həm kənd yolları, şəhərlərarası yollar, layihələr icra edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur.
İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Son 20 ildə dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur.
Ümumilikdə son illərdə həyata keçirilən ardıcıl institusional islahatlar, genişmiqyaslı infrastruktur layihələri və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi ölkədə su ehtiyatlarının idarə olunmasını keyfiyyətcə yeni mərhələyə yüksəldib. İdarəetmədə pərakəndəlik aradan qaldırılıb, su ehtiyatlarının vahid mərkəzdən koordinasiyası üçün sağlam hüquqi baza formalaşdırılıb. İqlim dəyişikliklərinin yaratdığı çağırışlar fonunda su təhlükəsizliyinin təmin edilməsi artıq yalnız texniki məsələ deyil, milli təhlükəsizlik və dayanıqlı inkişafın əsas komponentlərindən biri kimi ön plana çıxıb. Bu sahədə qəbul edilən Milli Strategiya su resurslarının həm daxili, həm də transsərhəd səviyyədə mühafizəsi üçün yol xəritəsi rolunu oynayır. Rəqəmsallaşma sayəsində tətbiq edilən SCADA və “Elektron su təsərrüfatı” sistemləri real vaxt rejimində monitorinq aparmağa və itkiləri minimuma endirməyə imkan verir. İşğaldan azad edilmiş ərazilərdəki su anbarlarının bərpası və yeni hidrotexniki qurğuların inşası isə ölkənin ümumi su balansını əhəmiyyətli dərəcədə gücləndirir. Dövlət səviyyəsində göstərilən bu xüsusi diqqət həm kənd təsərrüfatının rəqabət qabiliyyətini artırır, həm də əhalinin içməli su təminatını iqlim risklərindən sığortalayır. Beləliklə, innovativ yanaşmalar və sistemli layihələr Azərbaycanı regionun su resurslarını ən səmərəli idarə edən dövlətlərindən birinə çevirməkdədir.
Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” müasir çağırışları özündə ehtiva edir. Proqramın icrasında məqsəd su təchizatının dayanıqlığının artırılması, alternativ su mənbələrinin yaradılması və infrastrukturun yenilənməsi, su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi, yağış suları risklərinin aradan qaldırılması, tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması, su sektorunda rəqəmsal idarəetmə, SCADA (nəzarətçi idarəetmə və məlumatların toplanması) və IoT (əşyaların interneti) sistemlərinin tətbiqi və su itkisinin idarə edilməsinin effektiv monitorinqinin təmin edilməsidir. Cənab İlham Əliyev müşavirədə qeyd etdi ki, Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən. İctimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır. Tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27

