Qəhrəmanlıq və rəşadət səhifəsi
19.01.2026 [18:22]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
1990-cı ilin 20 yanvar gecəsi Azərbaycan xalqının yaddaşına təkcə faciə kimi deyil, həm də milli iradənin sınağa çəkildiyi tarixi bir mərhələ kimi həkk olundu. Sovet imperiyasının süqut ərəfəsində Bakıya yeridilən hərbi hissələr dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Tankların şəhər küçələrində hərəkəti, avtomat səsləri və günahsız insanların qətlə yetirilməsi totalitar rejimin əsl mahiyyətini açıq şəkildə ortaya qoydu. Fövqəladə vəziyyətin gizli saxlanılması isə bu qanlı əməliyyatın əvvəlcədən planlaşdırıldığını göstərirdi. Həmin gecə onlarla insan şəhid oldu, yüzlərlə sakin yaralandı.20 Yanvar faciəsi yalnız hərbi müdaxilə deyil, Azərbaycan xalqının azadlıq iradəsinə qarşı yönəlmiş ağır siyasi cinayət idi. Məqsəd milli azadlıq hərəkatını zor gücü ilə boğmaq, xalqı qorxu altında saxlamaq idi. Lakin hadisələrin gedişi bu planın iflasa uğradığını göstərdi. Şəhidlərin dəfni ümumxalq etirazına çevrildi, yüz minlərlə insan azadlıq və ədalət tələblərini açıq şəkildə ifadə etdi. Qanlı Yanvar hadisələri müstəqillik yolunda geri dönüşün olmadığını sübut etdi.
Bu faciəyə ilk siyasi və hüquqi qiymət verən şəxs isə ulu öndər Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edən ulu öndər Heydər Əliyev sovet rəhbərliyinin törətdiyi bu qanlı hadisəni açıq və qətiyyətli şəkildə pislədi. O, böyük təhlükə riskinə baxmayaraq, 20 Yanvar faciəsini insanlığa qarşı törədilmiş cinayət kimi dəyərləndirdi. Bu mövqe həmin dövr üçün misilsiz siyasi cəsarət nümunəsi idi. Ulu öndər Heydər Əliyevin bu çıxışı Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sonradan hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam və obyektiv siyasi-hüquqi qiymət verilməsini təmin etdi. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi qərarla 20 Yanvar faciəsi sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayət kimi rəsmiləşdirildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, ailələrinə dövlət qayğısının göstərilməsi və Şəhidlər xiyabanının müqəddəs ziyarət məkanına çevrilməsi məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirildi. Bununla da 20 Yanvar faciəsi milli yaddaşda yalnız matəm deyil, həm də qürur və mübarizə rəmzi kimi möhkəmləndi.
Bu gün 20 Yanvar hadisələrinə verilən düzgün tarixi qiymət Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarından birini təşkil edir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt sayəsində bu faciə unudulmur, təhrif edilmir və gələcək nəsillərə doğru şəkildə çatdırılır. 20 Yanvar şəhidləri Azərbaycan xalqının vicdanında əbədi yaşayır. Bu tarix bizə azadlığın hansı ağır bədəllə qazanıldığını xatırladır və müstəqil dövlətimizi qorumağın hər bir vətəndaşın müqəddəs borcu olduğunu bir daha göstərir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53

