Azərbaycanın qüdrəti və ədalətli mövqeyi dünyanın hər yerindən açıq-aydın görünür
22.01.2026 [17:29]
Beynəlxalq arenada yüksək nüfuza malik olan, dünya liderləri arasında xüsusilə seçilən cənab İlham Əliyevin qətiyyətli, ardıcıl və uzaqgörən siyasi xətti bu gün ölkəmizin mövqeyini daha da möhkəmləndirərək onu etibarlı tərəfdaş və söz sahibi olan dövlətə çevirib. Azərbaycanın qüdrəti, ədalətli və sülhpərvər mövqeyi dünyanın hər yerindən açıq-aydın görünür.
Bu gün Azərbaycan dünya dövlətləri arasında güclü və yüksək nüfuzlu dövlət kimi tanınır və dünya dövlətlərinin əksəriyyəti, xüsusilə də güc mərkəzləri olan dövlətlər bizim sülhpərvər və ədalətli mövqeyimizi bəyənir, dəstəkləyir. Eyni zamanda dünya liderləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünya liderləri arasında xüsusi yerinin olduğunu görür və səmimiyyətlə qəbul edir. Prezident İlham Əliyevin Davos Forumunda keçirdiyi görüşlər və söylədiyi fikirlər bunu bir daha sübut etdi. Artıq dünya birliyi qəbul edir ki, Azərbaycan yalnız dünyada gedən proseslərin izləyicisi deyil, eyni zamanda regional və qlobal gündəliyin formalaşmasında aktiv rol oynayan dövlətdir.
Xüsusilə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondu tərəfindən təsis olunmuş nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi şərəfli və qürurverici olmaqla yanaşı Prezident İlham Əliyevin dünya miqyaslı Lider olduğunu sübut etdi. “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq təkcə fərdi siyasi liderliyin deyil, bütövlükdə Azərbaycan dövlət modelinin beynəlxalq miqyasda qəbul edilməsinin və qiymətləndirilməsinin göstəricisidir. Bu layiqli təltif eyni zamanda sülhə, sabitliyə və regional təhlükəsizliyə yönəlmiş siyasətin qlobal səviyyədə necə rezonans doğurduğunu nümayiş etdirir.
Davos Forumu zamanı Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Cənubi Qafqazda formalaşan sülh modeli təsadüfi deyil, ölkəmizin iradəsi və strateji baxışı nəticəsində yaranmış reallıqdır. Davosdan verilən mesajlar yalnız milli maraqlar prizmasından deyil, həm də regional və qlobal təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət kəsb edir.
Danılmaz faktdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istənilən beynəlxalq platformada iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində çəkisinin nə qədər yüksək olduğunu göstərir. Azərbaycan liderinin formalaşdırdığı, müsbət nəticələrə hədəflənmiş yeni geosiyasi reallıqlar ədalət tərəfdarı olan hər kəs tərəfindən bəyənilir və dəstəklənir.
Forum zamanı Prezident İlham Əliyevin çıxışlarının əsas xətti ondan ibarət idi ki, bu gün Cənubi Qafqazda sülh məhz Azərbaycanın qətiyyətli mövqeyi sayəsində mümkün olub. Bu sülh təkcə regionla məhdudlaşmır, eyni zamanda Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və hətta Uzaq Şərqə qədər uzanan geniş bir coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Bakı faktiki olaraq Avrasiyanı birləşdirən sülh və əməkdaşlıq magistralının istiqamətini müəyyənləşdirib və öz siyasətini bu xətt üzrə ardıcıl şəkildə həyata keçirir. Diqqətçəkən məqamlardan biri odur ki, bu yanaşmanın effektivliyi artıq Ermənistan tərəfindən də etiraf olunur. İrəvan açıq şəkildə bəyan edir ki, Azərbaycanla əməkdaşlıq alternativsizdir və regionda davamlı sülhün yeganə yolu məhz bu xətdən keçir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində əsas dayaqlardan birinə çevrilməklə yanaşı, Şərqlə etibarlı və təhlükəsiz əlaqələrin qurulmasında da mühüm açar rolunu oynayır. Bu, Azərbaycanın geosiyasi çəkisini daha da artırır.
Bu gün Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı artmaqda davam edir və hazırda 16 ölkəyə təbii qaz ixrac edirik. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Uzun illərdir ki, Gürcüstan və bölgənin diğər ölkələri, indi isə Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Resurslarımız bizə iqtisadi nailiyyətlərimizi artırmağa insanların həyat səviyyəsini daha da yaxşılaşdırmağa imkan verir.
Cənab İlham Əliyevin Davosda verdiyi ən güclü mesajlardan biri beynəlxalq təsisatlara kor-koranə ümid bəsləməyin yanlışlığı ilə bağlı idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, 30 il ərzində qəbul edilən BMT qətnamələri və beynəlxalq çağırışlar kağız üzərində qaldı. Ədaləti yalnız Azərbaycan özü təmin etdi. Bu yanaşma Azərbaycan Prezidentinin siyasi fəlsəfəsini açıq şəkildə ortaya qoyur. Milli maraqlara söykənən, güclü dövlət və birliyə əsaslanan cəmiyyət olduqda beynəlxalq təzyiqlər və qərəzli yanaşmalar həlledici rol oynamır. Məhz bu xətt Azərbaycanı müharibədən sülhə, qarşıdurmadan əməkdaşlığa aparan əsas faktora çevirdi. Artıq, bizə qarşı ikili mövqe tutan və xüsusi maraqlara xidmət edən Avropa Parlamentinin daimi tənqidləri bizi heç də narahat etmir və Azərbaycan bu ədalətsiz münasibətə heç də reaksiya vermir.
Xüsusilə qeyd etmək lazımdır ki, Davos İqtisadi Forumunda səslənən mesajlar bir daha təsdiq etdi ki, ölkəmiz artıq regional çərçivəni aşaraq Avrasiya miqyasında sülh, sabitlik və əməkdaşlıq gündəliyinin əsas memarlarından birinə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə formalaşan bu siyasi xətt həm region ölkələrinə, həm də qlobal aktorlara açıq mesaj verir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

