Sülh ən böyük sərvətdir
23.01.2026 [17:57]
Dünyanın müxtəlif regionlarında baş verən münaqişələr, müharibələr və qeyri-sabitlik halları göstərir ki, qlobal prosesləri qanunun aliliyi deyil, real güc balansı müəyyənləşdirir. Bu il yanvarın 20-də keçirilmiş ənənəvi Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda Azərbaycanın mövqeyini aydın şəkildə ortaya qoydu. Müsahibə təkcə qloballaşan dünyada baş verən siyasi proseslərə münasibət deyil, eyni zamanda rəsmi Bakının uzunmüddətli strateji baxışının təqdimatı kimi qiymətləndirilir. Söhbət təkcə regional proseslərdən deyil, qlobal miqyasda formalaşan yeni siyasi reallıqlardan gedir. Müsahibədə səsləndirilən fikirlər beynəlxalq hüququn tətbiq mexanizmlərinin zəifləməsi, güc faktorunun ön plana çıxması və bu şəraitdə dövlətlərin öz milli strategiyalarını yenidən nəzərdən keçirməsi zərurətini ortaya qoyub.
Azərbaycan Prezidenti sözügedən müsahibəsində beynəlxalq münasibətlərin yeni dövrə qədəm qoyduğunu ifadə edib. Bu dövrdə prosesləri artıq qanunun aliliyi deyil, “güc qaydası” formalaşdırır. Dünyanın müxtəlif regionlarında müşahidə olunan münaqişələr və qeyri-sabitliklər bu ənənənin real təzahürüdür. Belə bir şəraitdə hər bir dövlətin öz strategiya və siyasətini potensialına uyğun qurması həyati əhəmiyyət daşıyır. Xüsusilə regional əməkdaşlığın möhkəmləndirilməsi və paralel olaraq qlobal müstəvidə mümkün qədər geniş tərəfdaşlıq şəbəkəsinin yaradılması vacib şərt kimi dəyərləndirilir.
Qeyd etmək lazımdır ki, vacib məqamlardan biri də Azərbaycan-Ermənistan münasibətlərində baş verən keyfiyyət dəyişikliyi olub. Dövlətimizin Başçısı uzun illər qarşıdurma və etimadsızlıq üzərində qurulan münasibətlərin tədricən əməkdaşlıq müstəvisinə keçdiyini bildirib. Ermənistan istiqamətində yüklərin daşınmasına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması, eləcə də bu ölkənin ciddi şəkildə asılı olduğu əsas malların, xüsusilə neft məhsullarının təchizatına başlanması regional iqtisadi inteqrasiyanın real nümunəsi kimi təqdim edilib. Bu prosesdən bütün tərəflər faydalanır və məqsəd Qafqazda müvəqqəti deyil, əbədi sülhə nail olmaqdır.
Prezident qeyd etdi ki, ölkə daxilində potensial risklər mövcud deyil. Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. İşğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur. Enerji bazarına gəldikdə, gördüyünüz kimi, neftin qiyməti sabitdir - ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. İstəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir.
Müsahibəsində Dövlət Başçısı vurğuladı ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.
Prezident İlham Əliyevin Davosda “Euronews” telekanalına verdiyi müsahibə Azərbaycanın hazırki beynəlxalq münasibətlər sistemində özünü necə gördüyünün əyani sübutudur. Yeni dünya nizamı, regional sülh, enerji təhlükəsizliyi və suverenlik prinsipləri bu müsahibənin əsas ideya xəttini təşkil edir və Dövlət Başçısının söylədiyi kimi, sülh hər bir ölkə üçün ən böyük sərvətdir.
Rövşən Qayayev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50

