Xocalı faciəsi Azərbaycan xalqının milli birliyini daha da möhkəmləndirmişdir
02.03.2026 [23:34]
Ötən əsrdə xalqımıza qarşı Erməni şovinistlərinin törətdiyi ən qanlı və faciəvi soyqırım hadisəsi olan Xocalı soyqırımından 34 il keçir. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
İndi isə azad edilmiş torpaqlarımız quruculuq dövrünü yaşayır. Tarixi Zəfərimizdən ötən dövrdə Qarabağımızda, Şərqi Zəngəzurumuzda bərpa-quruculuq işləri geniş miqyası ilə diqqətdədir. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Proqramın birinci mərhələsi bu ilin sonunda baş çatır. Qürurvericidir ki, cari ilin iki ayında iki şəhərimiz sakinlərinə qovuşub. Yanvarın 21-də Xankəndi, fevralın 20-də isə Xocavənd şəhəri ilk sakinlərini qarşıladı. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd rayonuna səfər çərçivəsində Xocavənd kəndində və şəhərində görülən işlərlə tanış oldular, sakinlərlə görüşdülər. Prezident İlham Əliyevin azad edilmiş ərazilərimizə hər bir səfəri tarixi hadisə kimi dəyərləndirilir, Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. Dövlətimizin başçısı Xocavənd sakinləri ilə söhbətində bildirdi ki, on minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq. Bundan sonra xalqımız sülh içində yaşayacaq.
“Xocalıya ədalət!” kampaniyası yalnız beynəlxalq auditoriyaya yönəlmiş təşəbbüs deyil, eyni zamanda milli yaddaşın qorunması və gələcək nəsillərin tarixi həqiqətlər əsasında tərbiyə olunması baxımından da böyük əhəmiyyət daşıyır. Bu fəaliyyət Azərbaycan cəmiyyətində həmrəylik və birlik hissini gücləndirmiş, vətənpərvərlik ruhunu daha da möhkəmləndirmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu kampaniya sübut edir ki, informasiya müharibəsində qələbə yalnız həqiqətə, ardıcıllığa və prinsipial mövqeyə söykənərək mümkündür. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində görülən işlər Azərbaycan dövlətinin və xalqının ədalətə sadiqliyinin təzahürüdür.
Xocalı faciəsi Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Lakin eyni zamanda bu tarix xalqın iradəsini, mübarizə əzmini və ədalətə inamını göstərən bir simvoldur. Prezident İlham Əliyevin memorialın açılışındakı çıxışı da məhz bu mesajı – yaddaş, ədalət və milli qürur mesajını özündə ehtiva edir.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatı əməkdaşı
Xəbər lenti
Hamısına baxAnalitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24

