/ / Bakı qlobal siyasət forumlarının regional mərkəzinə, Qlobal Bakı Forumu isə strateji dialoq platformasına çevrilir
Bakı qlobal siyasət forumlarının regional mərkəzinə, Qlobal Bakı Forumu isə strateji dialoq platformasına çevrilir
13.03.2026 [14:34]
“Uzun illərdir keçirilən Qlobal Bakı Forumu qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu tədbirlər müasir çağırışların həllinə və qlobal əməkdaşlığa əhəmiyyətli töhfələr verir. Martın 12-də işə başlayan və ayın 14-dək davam edəcək “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda da dünyanın müxtəlif regionlarından olan nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər qlobal təhlükəsizlik, güc tarazlığı, beynəlxalq hüquq, nəqliyyat, enerji, şəhərsalma, rəqəmsallaşma, inklüziv inkişaf məsələlərini müzakirə edir, nəzərdən keçirir və araşdırır. Bu mənada, XIII Qlobal Bakı Forumu beynəlxalq münasibətlərin və çoxtərəflilik sistem quruluşunun gərginlik altında olduğu bir dövrdə qlobal müzakirə platforması kimi xüsusi əhəmiyyətə malikdir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Qlobal Bakı Forumunun əsas məqsədi qlobal idarəetmə, təhlükəsizlik, enerji, iqlim və beynəlxalq əməkdaşlıq kimi mövzular üzrə müzakirələr aparmaqdır: “Bu forum xüsusilə çoxqütblü dünya sisteminə keçid dövründə – Rusiya‑Ukrayna müharibəsi, Yaxın Şərq xaosu, enerji təhlükəsizliyi böhranı və qlobal geosiyasi rəqabət fonunda beynəlxalq diplomatik platforma kimi əhəmiyyət qazanır. Analitik mərkəzlərin hesabatlarında da qeyd olunur ki, bu cür qeyri-rəsmi diplomatik forumların qlobal siyasətdə rolu getdikcə artır. Bu mənada, müxtəlif geosiyasi blokların nümayəndələrini, o cümlədən Qərb dövlətlərinin, qlobal Cənub ölkələrinin və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirən Qlobal Bakı Forumu qeyri-formal diplomatiya üçün mühüm platforma yaradır. Müasir dövrdə rəsmi diplomatik kanalların gərginləşdiyi şəraitdə belə forumlar fikir mübadiləsi və risklərin azaldılması üçün istifadə olunur. Eyni zamanda, qlobal idarəetmə problemlərinin müzakirə olunduğu Qlobal Bakı Forumu Azərbaycanın diplomatik mövqeyini də gücləndirir. Forum vasitəsilə Azərbaycan regional diplomatik mərkəz kimi mövqeyini daha da qətiləşdirir, Avrasiya enerji və nəqliyyat layihələrində rolunu təqdim edir. multilateral diplomatiya strategiyasını genişləndirir. Bu, xüsusilə də özünü Orta Dəhliz, enerji təhlükəsizliyi və regional əməkdaşlıq kontekstində əhəmiyyətlidir”.
“Avrasiya regionu üçün mühüm dialoq mərkəzinə çevrilən Qlobal Bakı Forumu yeni diplomatik tərəfdaşlıqlar üçün də platforma rolunu oynaya bilər” – deyən Ramil Vəlibəyov əlavə edib ki, beynəlxalq ekspertlərin dəyərləndirməsinə görə, Bakı qlobal siyasət forumlarının regional mərkəzinə, Qlobal Bakı Forumu isə Davos və Münhen Təhlükəsizlik Konfransı kimi platformalara bənzər strateji dialoq platformasına çevrilməkdədir.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20

