Azərbaycanın beynəlxalq siyasətdə artan rolu
16.03.2026 [16:23]
Müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, geosiyasi gərginliklər və yeni çağırışlar dövlətlər arasında əməkdaşlığın əhəmiyyətini daha da artırır. Bu baxımdan, Qlobal Bakı Forumu dünyanın aparıcı siyasi xadimlərini, ekspertlərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən mühüm beynəlxalq platforma kimi xüsusi rol oynayır. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm regional, həm də qlobal məsələlərə dair mühüm mesajları ilə diqqət çəkmişdir. Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq siyasətdə mövqeyini, regionda sülh və əməkdaşlıq təşəbbüslərini, həmçinin dünyada baş verən proseslərə münasibətini ətraflı şəkildə təqdim etmişdir. Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Bakı artıq uzun illərdir ki, beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm mərkəzlərdən birinə çevrilmişdir. Müxtəlif qlobal tədbirlərin və beynəlxalq forumların paytaxtımızda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir. Dövlət başçısı qeyd etmişdir ki, Qlobal Bakı Forumu qlobal problemlərin müzakirəsi üçün mühüm intellektual platformadır və burada irəli sürülən ideyalar beynəlxalq siyasətdə mühüm rol oynayır.Forumun təşkilində xüsusi rol oynayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti də Prezident tərəfindən yüksək qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, bu mərkəz qlobal dialoqun təşviq olunması, müxtəlif ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və dünya miqyasında sülh təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm işlər görür. Prezident İlham Əliyev çıxışında regionda sülh və sabitliyin təmin olunmasının Azərbaycanın əsas prioritetlərindən biri olduğunu bildirmişdir. O qeyd etmişdir ki, uzun illər davam edən münaqişələr regionun inkişafına ciddi maneələr yaratmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması isə regionda yeni siyasi reallıqlar yaratmışdır, Azərbaycan bölgədə davamlı sülhün təmin olunması üçün konstruktiv mövqe nümayiş etdirir və qonşu ölkələrlə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqların region üçün yeni imkanlar yaradacağı qeyd olunmuşdur.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir. Azərbaycanın zəngin enerji resursları və həyata keçirilən böyük enerji layihələri bir çox ölkələrin enerji təminatında mühüm əhəmiyyət daşıyır.Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan təkcə ənənəvi enerji resurslarının ixracı ilə kifayətlənmir, eyni zamanda yaşıl enerji sahəsinin inkişafına da böyük önəm verir. Xüsusilə bərpa olunan enerji layihələri və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq bu istiqamətdə yeni perspektivlər açır. Dövlət başçısı dünyada artan siyasi gərginliklər, iqtisadi böhranlar və təhlükəsizlik məsələləri kimi qlobal problemlərə də toxunmuşdur. O vurğulamışdır ki, müasir dövrdə dövlətlər arasında qarşılıqlı hörmət, beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq və dialoq mühüm əhəmiyyət kəsb edir.Azərbaycan daim beynəlxalq hüququn prinsiplərinə sadiq qalmış və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm vermişdir. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun artmasına və müxtəlif platformalarda etibarlı tərəfdaş kimi tanınmasına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forum bir daha göstərdi ki, Bakı artıq qlobal problemlərin müzakirə olunduğu mühüm beynəlxalq mərkəzlərdən biridir. Azərbaycanın həyata keçirdiyi siyasət isə regionda sabitlik, əməkdaşlıq və inkişafın təmin olunmasına xidmət edir.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39

