/ / YAP Ağdam rayon təşkilatında Ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
YAP Ağdam rayon təşkilatında Ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
11.12.2013 [09:16]
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin vəfatının 10 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu haqda geniş məlumat verib. YAP Ağdam rayon təşkilatının sədri bildirib ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu öndər Heydər Əliyev hələ sağlığında ikən canlı əfsanəyə çevrilib: “Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Ümummilli liderin adı xalqımızın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa, torpağa məhəbbət və sədaqət meyarı olub”.
Natiq onu da bildirib ki, Ümummilli liderimizin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji kurs olaraq daim ölkəmizə və xalqımıza uğur gətirib. Bu gün xalqımız bu dahi insanın həyata keçirdiyi siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Azərbaycan indi dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Məhz Ümummilli liderin gərgin səyi və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən zəngin təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik bir ölkə kimi tanınır: “Müasir, müstəqil Azərbaycan Ulu öndərin siyasəti ilə daha da inkişaf edir və yaşayır. Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan Onun layiqli davamçısı - dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra uğurla inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaq”.
Daha sonra çıxış edən YAP Ağdam rayon təşkilatı Qadınlar Şurasının sədri Cəmilə Qasımova, YAP Ağdam rayon təşkilatı idarə heyətinin üzvü Elmira Şükürova, YAP Ağdam rayon təşkilatı Şurasının üzvü Hüseyn Bayramov, YAP Ağdam rayon təşkilatı idarə heyətinin üzvü Qədulla Səfərov, “Ağdam” qəzetinin baş redaktoru Baxşeyiş Abbasoğlu və başqaları Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və milləti qarşısında gördüyü işlərdən danışaraq bugünkü Azərbaycanın məhz Heydər Əliyevin “şah əsəri” olduğunu qeyd ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

