Bakı Slavyan Universitetinin gəncləri ilə YAP Nəsimi rayon təşkilatının görüşü keçirilib
06.04.2026 [15:34]
Aprel ayının 3-ündə Bakı Slavyan Universitenin (BSU) iclas zalında Bakı Slavyan Universitetinin gəncləri ilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının görüşü keçirilib.
Görüşdə açılış nitqi ilə çıxış edən Bakı Slavyan Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Cahangirov gəncləri salamlayaraq, onların respublikamızın ictima-siyasi cəhətdən fəaliyyətlərindən söz açıb. Fikrət Cahangirov Ulu Öndər Heydər Əliyevin müstəqilliyə gedən yolda tarixi xidmətlərini və müasir dövlətçiliyin möhkəmlənməsində oynadığı rolu xüsusi vurğulayıb. Həmçinin o, qeyd edib ki, yarandığı gündən həm ölkə daxilində baş verən siyasi proseslərdə, həm də beynəlxalq arenada günbəgün nüfuzunu artıran Yeni Azərbaycan Partiyası (YAP) bütün fəaliyyəti dövründə regionun ən güclü siyasi təşkilatı olduğunu təsdiqləyib. Bu şərəfli yolda partiyamızın inkişaında gənclərin müstəsna xidmətləri olduğunu xüsusilə vurğulayıb. Fikrət müəllim öz çıxışını Ulu Öndərin çıxışlarından bir cümləni xatırladaraq, nitqini yekunlaşdırıb, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası XXI əsrin, III minilliyin partiyasıdır!”
Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının müavini Abbas Pənahov çıxış edərək, Yeni Azərbaycan Partiyasının 1992-ci ildən bu günümüzə kimi olan fəaliyyətindən xronoloji olaraq bəhs etdi. O, öz çıxışında xüsusi olaraq cəmiyyətin bütün təbəqələri kimi ən dinamik toplum olan gənclərin rolunu vurğuladı. Bugün yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərimizin Azərbaycanın siyasi-iqtisadi və eləcə də sosial-mədəni sahələrin inkişafına verdikləri böyük töhfələrin şahidiyik. Gəncliyin inkişafına daim dəstək göstərən Yeni Azərbaycan Partiyası onların öz güclərinə, potensiallarına və istedadlarına olan güvənlərinin artırılmasına imkan yaradaraq bu sahədə çoxsaylı layihələr həyata keçirdiyindən söz açdı. Buna görə də partiyaya yeni qoşulanların böyük əksəriyyətini məhz gənclər təşkil etdiyini qeyd etdi.
Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının məsləhətçisi Aynur Poluyeva çıxış edərək, hakim partiyanın gənclərə olan diqqət və qayğısından, ölkədə aparılan uğurlu gənclər siyasətindən, bu uğurlu siyasi sistemin onları Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşdirməsindən bəhs edib. Bu heç də təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizini məhz gənclər təşkil edir. O, ölkəmiz beynəlxalq münasibətlərdə fəal iştirakçıya çevrilməsini xüsusi olaraq vurğulayaraq, bu uğurların əsasında güclü liderin iradəsi, milli birliyimiz, azərbaycançılıq ideologiyası və vətəndaş həmrəyliyi dayandığını bildirib.
Görüşdə Bakı Slavyan Universitetinin (BSU) Xarici dil müəllimliyi fakültəsinin dekanı Günel Allahverdiyeva çıxış edərək, Yeni Azərbaycan Partiyasının atdığı uğurlu imzalarda gənclərin də xüsusi rolu olduğunu vurğulayıb. O, nitqində Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişmiş gənc nəslin əsas vəzifələrindən biri də ölkəmizin suverenliyinin qorunması olduğunu qeyd edərək, bu yolda əzmlə çalışdıqları üçün hər Azərbaycan gəncinə təşəkkürünü bildirib. O, YAP-ın sıralarına qoşulan gənclər Ulu öndər Heydər Əliyevin miras qoyduğu ənənələrə sadiqliklərini, Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə inamlarını ifadə etməklə yanaşı, dövlətimizə xidmət etmək üçün böyük imkanlar əldə etdiklərini bildirib.
Görüşün sonunda gənclər öz fikirlərini bölüşdülər, onları maraqlandıran suallını ünvanladılar.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

