“Yeni Azərbaycan memarlığında ənənə və müasirliyin vəhdəti” mövzusunda tədbir keçirilib
21.04.2026 [14:01]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Yevlax şəhər 11 nömrəli tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yeni Azərbaycan memarlığında ənənə və müasirliyin vəhdəti” mövzusunda tədbir keçirdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev şəhərsalma siyasətində milli-mənəvi dəyərlərin qorunmasını, tarixi irsin yaşadılmasını və müasirliklə vəhdətin təmin olunmasını əsas prioritetlərdən biri kimi müəyyən etmişdir. Onun təşəbbüsü ilə Azərbaycanın müxtəlif bölgələrində yerləşən tarixi-memarlıq abidələrinin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Qeyd olundu ki, müasir Azərbaycanın inkişaf strategiyasında şəhərsalma və memarlıq sahəsi xüsusi yer tutur. Bu sahədə formalaşdırılmış strateji xəttin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması təkcə regionun deyil, bütövlükdə ölkənin davamlı inkişafına mühüm töhfə verir və Azərbaycanı regionda müasir şəhərsalma və memarlıq sahəsində nümunəvi dövlətlərdən birinə çevirir.
Məktəbin direktor əvəzi, YAP Ərazi Partiya təşkilatının sədri Xədicə İbrahimova, müəllimlərdən Eldar Əliyev və digərləri çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın şəhərlərinin inkişafı, müasir memarlıq üslubunun formalaşması və infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmizdə şəhərsalma sahəsində sistemli yanaşma formalaşdırılmış, milli memarlıq ənənələri müasir tendensiyalarla uğurla uzlaşdırılmışdır.
Vurğulandı ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri məhz həmin siyasi kursun davamıdır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələri Azərbaycanın şəhərsalma və memarlıq sahəsində yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi isə müasir dövrün çağırışlarına uyğun innovativ yanaşmanın bariz nümunəsidir.
Sonda tədbir iştirakçıları qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır və Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynamaqdadır. Onun müəyyən etdiyi inkişaf strategiyası ölkəmizin gələcək uğurlarının etibarlı təməlidir və bu yol əzmlə davam etdirilir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri, həmçinin partiyanın fəaliyyətində fəal olan şəxslərə Fəxri Fərmanlar təqdim olundu.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10

