Azərbaycan-Çexiya münasibətləri yeni inkişaf mərhələsində
29.04.2026 [12:01]
Bu gün Azərbaycanın xarici siyasət kursunda demokratik ölkələrlə çoxtərəfli münasibətlər sistemi üstünlük təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmizin Avropa ölkələri ilə əlaqələri günü-gündən genişlənir və dostluq münasibətləri möhkəmlənir. Bu kontekstdə Çexiya ilə münasibətlər də xüsusi əhəmiyyət kəsb edir.
Tarixi köklərə bağlı olan Azərbaycan-Çexiya münasibətləri hələ sovetlər dövründə elm, təhsil və mədəniyyət sahəsində dinamik inkişaf etmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında imzalanmış sənədlər əlaqələrin normativ-hüquqi bazasını təşkil etməklə, siyasi və iqtisadi sahələrdə birgə mübadilələri genişləndirib. Bu gün Çexiya Avropa məkanında sənaye və texnologiya baxımından inkişaf etmiş ölkələrdən biri olmaqla yanaşı, Azərbaycanın enerji siyasətində də mühüm tərəfdaşdır.
Prezident İlham Əliyev tərəfindən 27 aprel 2026-cı ildə Azərbaycanda Çex Respublikasının Baş naziri Andrey Babiş ilə keçirilmiş görüş və mətbuata verilmiş bəyanat iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi.
Bu görüş yalnız diplomatik protokol xarakteri daşımır, eyni zamanda, gələcək əməkdaşlığın strateji istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi bu, tərəflər arasında ilk görüş olsa da, müzakirələrin məhsuldarlığı və əhatə dairəsi əlaqələrin artıq yüksək səviyyəyə çatdığını göstərir. Siyasi dialoqun fəallığı, qarşılıqlı səfərlərin intensivləşməsi və gündəlikdə olan məsələlərin genişliyi Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin davamlı inkişafı üçün siyasi dialoq mühüm rol oynayır. Azərbaycan ilə Çexiya arasında bu istiqamətdə müşahidə olunan dinamika xüsusi diqqət çəkir. Görüş zamanı regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, iqtisadi əlaqələr və enerji siyasəti kimi mühüm mövzular ətrafında geniş fikir mübadiləsi aparılması tərəflərin ortaq maraqlarının çoxşaxəli olduğunu göstərir. Bu baxımdan tərəflərin əsas məqsədi ticarət əlaqələrinin diversifikasiyasıdır. Hazırda ticarət dövriyyəsinin 800 milyon dollardan çox olması müsbət göstəricidir. Çexiyadan Azərbaycana səfər edən iş adamlarının iştirakı ilə keçirilən biznes forum yeni investisiya layihələrinin formalaşmasına şərait yaradır və hər iki ölkə arasında sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və nəqliyyat-logistika sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur.
Azərbaycan ilə Çexiya arasında münasibətlərin əsas dayaqlarından biri enerji sektorudur və Azərbaycan neftinin Çexiyaya ixracı bu ölkənin enerji balansında mühüm yer tutur. Eyni zamanda, Azərbaycan Avropa üçün etibarlı enerji təchizatçısı kimi tanınır və bu statusu getdikcə daha da möhkəmləndirir. Avropa İttifaqı tərəfindən Azərbaycanın etibarlı tərəfdaş kimi qiymətləndirilməsi ölkənin enerji diplomatiyasının uğurunun göstəricisidir. Bu gün Azərbaycan qazının artıq 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqının üzvünə ixrac edilməsi bu sahədə əldə olunan nailiyyətlərin miqyasını nümayiş etdirir. Həmçinin Azərbaycan Çexiyaya qonşu olan ölkələrə də təbii qaz ixrac edir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda onu da əlavə etdi ki, biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır.
Görüş çərçivəsində Prezident İlham Əliyev Azərbaycan-Çexiya münasibətlərinin yalnız cari vəziyyətini deyil, həm də gələcək inkişaf perspektivlərini açıqladı və bu münasibətlərin siyasi dialoqdan başlayaraq iqtisadi, enerji və müdafiə sahələrində strateji tərəfdaşlığa doğru inkişaf etdiyini bəyan etdi.
Qarşılıqlı münasibətlərin mühüm istiqamətlərindən biri müdafiə sənayesidir ki, Çexiya bu sahədə zəngin təcrübəyə malik ölkə kimi Azərbaycanın diqqət mərkəzindədir. Hazırda hərbi texnika və avadanlıqların alınması ilə yanaşı, birgə istehsal layihələri də müzakirə olunur. Azərbaycanın müdafiə potensialını gücləndirməsi və yerli istehsal imkanlarını genişləndirməsi fonunda Çexiya ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu, həm texnologiya transferinə, həm də sənaye kooperasiyasına yüksək töhfə verə bilər. Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi və müntəzəm görüşlərin keçirilməsi tərəflər arasında əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirəcək və yeni inkişaf mərhələsinə qədəm qoyan əməkdaşlığın davamlılığını təmin edəcək.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

