İdman qələbələri: milli qürur mənbəyi
04.05.2026 [16:35]
Ölkəmizdə həyata keçirilən kompleks tədbirlər hərtərəfli inkişafı şərtləndirən mühüm amillərdəndir. Elə bir sahə yoxdur ki, Azərbaycan malik olduğu zəngin təcrübə ilə dünyanın diqqətində olmasın. İdmanın son illərdə keçdiyi inkişaf yolu bugünkü uğurlu nəticələrdə özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edərkən ölkədə idmanın inkişafı istiqamətində atılan addımlardan, Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi idman tədbirlərindən, perspektivlərdən geniş bəhs etdi. Bildirdi ki, həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
İdmançılarla görüşlərinin müntəzəm xarakter daşıdığını bildirən cənab İlham Əliyev 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik etdiyini önə çəkərək vurğuladı ki, bu müddətdə bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi gözümün önündə keçib: “Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin”.
Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Azərbaycanın ev sahibliyi etdiyi Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, III MDB Oyunları ölkəmizin malik olduğu imkanların, təcrübənin dünyaya təqdimatında öz sözünü dedi. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, təcrübəmiz böyükdür. III MDB Oyunları paytaxtda yox, bölgələrdə keçirildi. Bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. İdmançılar da bunu görür və hiss edirlər.
İdmana göstərilən diqqət və qayğı, yaradılan müasir infrastruktur, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan idmanı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu inkişaf artıq statistik göstəricilərlə deyil, real nəticələrlə, beynəlxalq arenalarda qazanılan medallarla, yüksəklərə qaldırılan üçrəngli Bayrağımızla və səsləndirilən Dövlət Himnimizlə təsdiq olunur. Cənab İlham Əliyev bildirdi ki, hər dəfə beynəlxalq yarışlarda bizim Bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir. Nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır: “Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək”.
Qazanılan hər bir uğur dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin, xalqımızın birliyinin, gücünün nəticəsidir. Bu uğurlar gənc nəsildə böyük ruh yüksəkliyi yaradır, onlara yeni-yeni hədəflərə doğru inamla addımlamağa çağırışlar edir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10

