Azərbaycanın Müstəqillik Tarixi, Dövlətçilik Yolu və Böyük Zəfəri
25.05.2026 [12:15]
28 May Azərbaycan xalqının tarixində ən əlamətdar, ən şərəfli və qürurverici günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün müstəqil dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Bu hadisə yalnız xalqımız üçün deyil, bütün müsəlman Şərqi üçün mühüm tarixi dönüş nöqtəsi oldu. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik və parlamentli respublika idi. Bu dövlət xalqımızın azadlıq ruhunun, milli iradəsinin və dövlətçilik ənənələrinin parlaq təzahürü idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik tariximizdə silinməz iz qoydu. Həmin dövrdə dövlət bayrağı, gerbi və himni qəbul edildi, milli ordu yaradıldı, Azərbaycan dili dövlət dili elan olundu. Təhsilin inkişafına xüsusi diqqət ayrıldı. Ən mühüm demokratik addımlardan biri isə qadınlara seçki hüququnun verilməsi idi ki, bu da bir çox Avropa ölkələrindən daha əvvəl həyata keçirilmişdi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi:“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur.”
Lakin 1920-ci ildə Azərbaycan bolşevik işğalına məruz qaldı və xalqımız öz müstəqilliyini itirdi. Buna baxmayaraq, xalqımızın azadlıq arzusu heç vaxt sönmədi. Azərbaycan xalqı 70 il ərzində öz milli kimliyini, dilini və dövlətçilik düşüncəsini qoruyub saxladı.
1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illəri xalqımız üçün çox ağır və mürəkkəb dövr oldu. Ölkədə siyasi hərc-mərclik, iqtisadi böhran, hakimiyyət uğrunda mübarizə hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunmuş, minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüşdü.
Doxsanıncı illərin əvvəlində ölkədə dərin xaos hökm sürürdü, hərc-mərclik baş alıb gedirdi. Yenicə müstəqillik qazanmış xalqımız yenidən müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Dövlət idarəçiliyində ciddi boşluqlar yaranmış, xalqın gələcəyə olan ümidi azalmağa başlamışdı. Məhz belə ağır və taleyüklü bir dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi bacarığı, uzaqgörənliyi, vətənə və xalqa olan dərin məhəbbəti sayəsində Azərbaycanın müstəqilliyi əbədi olaraq möhkəmləndi. İlk dəfə üçrəngli bayrağımızı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağıkimi qaldırdı.
1992–1993-cü illərdə Azərbaycanda vəziyyət daha da ağırlaşdı. Orduda nizamsızlıq hökm sürür, ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaranırdı. Azərbaycanın parçalanması və müstəqilliyini itirməsi real təhlükəyə çevrilmişdi.Belə bir çətin və taleyüklü məqamda xalq öz xilaskarına üz tutdu. Xalqın tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyev Azərbaycanın siyasi hakimiyyətinə qayıtdı. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkəmizin tarixində dönüş nöqtəsi oldu. Bu tarix sonradan Milli Qurtuluş Günü kimi tariximizə yazıldı. Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitliyi təmin etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Ulu Öndər xalqın birliyini təmin etdi, güclü dövlət quruculuğunun əsasını qoydu və Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi.
Heydər Əliyev müstəqilliyin əhəmiyyətini xüsusi vurğulayaraq deyirdi:
“Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir.” Bu dərin məna daşıyan fikir Azərbaycanın keçdiyi tarixi yolu tam əks etdirir. Çünki müstəqilliyi qorumaq üçün güclü dövlət, milli birlik və qüdrətli ordu vacibdir. Ulu Öndər başqa bir çıxışında isə belə demişdir:
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur.”
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi başladı, nizami ordu formalaşdırıldı, iqtisadi islahatlar həyata keçirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu və ölkəmizin beynəlxalq nüfuzunu artırdı. Azərbaycanın dünya dövlətləri ilə əlaqələri genişləndi, ölkəmiz regionun aparıcı dövlətinə çevrilməyə başladı.
Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini və dövlətçilik maraqlarını daim ən yüksək səviyyədə qoruyur. Dövlət başçısı dəfələrlə vurğulamışdır: “Azərbaycan xalqı müstəqil dövlət kimi əbədi yaşayacaqdır.”
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan böyük inkişaf yolu keçmişdir. Ordumuz ən müasir silahlarla təchiz edilmiş, iqtisadiyyat gücləndirilmiş, beynəlxalq arenada Azərbaycanın mövqeyi daha da möhkəmlənmişdir. Dövlət başçısının həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət Azərbaycanın regionda söz sahibi olan dövlətə çevrilməsini təmin etmişdir.
2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi. Müharibə dövründə Prezident İlham Əliyev həm siyasi, həm diplomatik, həm də hərbi sahədə böyük qətiyyət və uzaqgörənlik nümayiş etdirdi.
Prezident İlham Əliyev hər zaman bəyan edir ki, Azərbaycanın uğurlarının əsasında Heydər Əliyev siyasəti dayanır:“Biz Heydər Əliyev yoluna sadiqik və bu yol Azərbaycanı daim zirvələrə aparacaqdır.” Bu gün Azərbaycan güclü ordusu, möhkəm iqtisadiyyatı və milli birliyi ilə dünyanın diqqət mərkəzində olan dövlətlərdən biridir. İşğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, şəhər və kəndlərimiz yenidən dirçəlir.
28 May Müstəqillik Günü bu gün hər bir azərbaycanlı üçün yalnız tarixi bayram deyil, həm də milli qürur və dövlətçilik simvoludur. Azərbaycan xalqı müstəqil dövləti, üçrəngli bayrağı, qüdrətli ordusu və qalib Lideri ilə fəxr edir. Xalqımız əmindir ki, müstəqil Azərbaycan dövləti bundan sonra da inkişaf edəcək, daha böyük uğurlara imza atacaq və üçrəngli bayrağımız daim yüksəklərdə dalğalanacaqdır.
Ayaz Novruzov
YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

