Azərbaycanın uğurlu enerji strategiyası
08.06.2026 [11:31]
Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadi inkişaf modelinin əsas istiqamətlərindən biri enerji sektorunun gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi olmuşdur. Bu sahədə əldə edilən uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən enerji siyasəti dayanır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi ölkənin enerji tarixində yeni mərhələnin başlanğıcını qoydu. Həmin tədbir Azərbaycanın zəngin enerji resurslarının dünya ictimaiyyətinə təqdim edilməsində və xarici investorların ölkəyə cəlb olunmasında mühüm rol oynadı.
İllər keçdikcə bu təşəbbüs daha da genişlənərək Bakı Enerji Həftəsi kimi beynəlxalq əhəmiyyət daşıyan nüfuzlu platformaya çevrildi. Bu gün tədbir dünyanın müxtəlif ölkələrindən enerji şirkətlərini, dövlət rəsmilərini, investorları və ekspertləri bir araya gətirərək qlobal enerji məsələlərinin müzakirə olunduğu əsas meydanlardan biri hesab edilir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın enerji sahəsində keçdiyi uğurlu inkişaf yolunu bir daha nümayiş etdirdi. Dövlət başçısı vurğuladı ki, son otuz il ərzində həyata keçirilən enerji strategiyası ölkənin iqtisadi qüdrətinin artmasına, siyasi müstəqilliyinin möhkəmlənməsinə və beynəlxalq mövqelərinin güclənməsinə xidmət edib.
Azərbaycanın enerji tarixində mühüm mərhələlərdən biri də 1996-cı ildə imzalanmış “Şahdəniz” müqaviləsidir. Bu layihə ölkənin təbii qaz ehtiyatlarının dünya bazarına çıxarılmasına imkan yaratmaqla yanaşı, regionun enerji təhlükəsizliyində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırdı. Sonrakı illərdə reallaşdırılan irimiqyaslı layihələr nəticəsində Azərbaycan etibarlı enerji tərəfdaşı kimi tanındı və Avropanın enerji təminatında mühüm mövqe qazandı.
Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan beynəlxalq sərgilər və forumlar enerji təhlükəsizliyi, alternativ enerji mənbələri, yaşıl keçid və regional əməkdaşlıq kimi vacib mövzuların müzakirəsinə geniş imkan yaradır. Bu tədbirlər zamanı imzalanan sazişlər və əldə olunan razılaşmalar yeni layihələrin həyata keçirilməsinə, investisiyaların cəlb edilməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir.
Cari ildə keçirilən Bakı Enerji Həftəsində dünyanın onlarla ölkəsindən yüzlərlə şirkətin iştirakı Azərbaycanın enerji sektoruna olan beynəlxalq marağın yüksək səviyyədə qaldığını göstərir. Xarici şirkətlərlə yanaşı, yerli müəssisələrin də fəal iştirakı ölkədə formalaşmış sağlam biznes mühitinin və sahibkarlığın inkişafının göstəricisidir.
Azərbaycanın enerji siyasətinin uğurlarından danışarkən ölkənin makroiqtisadi nailiyyətlərini də xüsusi qeyd etmək lazımdır. Son illərdə aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi möhkəmlənmiş, strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artmışdır. Beynəlxalq reytinq agentliklərinin Azərbaycana verdiyi yüksək qiymətlər ölkə iqtisadiyyatına olan etimadın göstəricisidir.
Enerji gəlirlərinin səmərəli idarə olunması nəticəsində Dövlət Neft Fondunda və digər maliyyə institutlarında böyük ehtiyatlar formalaşdırılıb. Bu resurslar həm sosial layihələrin həyata keçirilməsinə, həm də ölkənin uzunmüddətli inkişaf strategiyasının təmin olunmasına xidmət edir. Xarici borcun aşağı səviyyədə saxlanılması və maliyyə dayanıqlığının qorunması Azərbaycanın iqtisadi təhlükəsizliyinin əsas təminatçılarından biridir.
Ölkəmizin enerji strategiyasının ən mühüm nəticələrindən biri də beynəlxalq enerji dəhlizlərinin yaradılmasıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaqla yanaşı, ölkənin geosiyasi əhəmiyyətini də artırıb. Bu layihələr regional əməkdaşlığın güclənməsinə və enerji marşrutlarının şaxələndirilməsinə mühüm töhfə verib.
Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətlər ölkənin digər sahələrdə də inkişafına müsbət təsir göstərib. Məhz iqtisadi gücün artması nəticəsində ölkənin müdafiə qabiliyyəti yüksəlib, milli maraqların qorunması istiqamətində mühüm uğurlar əldə olunub. Bu baxımdan enerji siyasəti yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik amili kimi özünü doğruldub.
Bu gün SOCAR artıq regional çərçivələri aşaraq beynəlxalq enerji bazarında tanınan şirkətlərdən birinə çevrilib. Müxtəlif ölkələrdə həyata keçirilən layihələr, xarici investisiyalar və uğurlu tərəfdaşlıqlar şirkətin qlobal nüfuzunu artırır. Azərbaycanın enerji sektorunda qazandığı təcrübə və etibarlı tərəfdaş imici ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirir.
Enerji resurslarından səmərəli istifadə, uzaqgörən dövlət siyasəti və beynəlxalq əməkdaşlıq Azərbaycanın davamlı inkişafının əsas hərəkətverici qüvvələrindən biridir. Qarşıdakı dövrdə ənənəvi enerji ilə yanaşı, yaşıl enerji layihələrinin də genişləndirilməsi ölkəmizin qlobal enerji xəritəsindəki mövqeyini daha da gücləndirəcək.
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

