Milli Qurtuluşdan Böyük Zəfərə aparan yol
10.06.2026 [14:08]
Azərbaycan xalqının müstəqillik tarixində xüsusi yer tutan 15 İyun – Milli Qurtuluş Günü dövlətimizin mövcudluğu, xalqımızın gələcəyi və müstəqilliyimizin qorunub saxlanılması baxımından müstəsna əhəmiyyət daşıyan tarixi hadisədir. Bu gün Azərbaycan xalqının ağır sınaqlardan keçərək parçalanmaq, vətəndaş qarşıdurması və dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas olduğu, sabitlik və inkişaf yoluna qədəm qoyduğu bir dövrün başlanğıcı kimi tarixə düşmüşdür.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət ərzində ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşdi. Ölkədə hakimiyyət böhranı, idarəetmədə pərakəndəlik, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış ağır vəziyyət Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xüsusilə 1992-1993-cü illərdə ölkədə hökm sürən xaos, silahlı dəstələrin özbaşınalığı və dövlət institutlarının zəifləməsi milli təhlükəsizliyi ciddi şəkildə təhdid edirdi.
Belə mürəkkəb və taleyüklü bir dövrdə Azərbaycan xalqı öz xilaskarına – görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevə üz tutdu. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Heydər Əliyev Bakıya dəvət olundu. 15 iyun 1993-cü ildə isə o, Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz bu tarix ölkənin siyasi həyatında dönüş nöqtəsi oldu və sonralar Milli Qurtuluş Günü kimi dövlət bayramı elan edildi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edildi, vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Qısa müddətdə ölkədə hüquqi dövlət quruculuğu prosesinə başlanıldı, iqtisadi islahatlar həyata keçirildi və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi gücləndirildi.
Milli Qurtuluş Azərbaycan dövlətçiliyinin xilası ilə yanaşı, gələcək inkişaf strategiyasının da əsasını qoydu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olundu, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu və ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf yolu keçmiş, regionun lider dövlətinə çevrilmişdir. Son illərdə əldə olunan iqtisadi nailiyyətlər, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, beynəlxalq təşkilatlarda qazandığımız uğurlar və xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə Milli Qurtuluş ideyalarının təntənəsi kimi qiymətləndirilir.
Bu gün Yeni Azərbaycan Partiyası da Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm fəaliyyət göstərir. Partiyanın həyata keçirdiyi siyasətin mərkəzində dövlətçilik maraqları, milli həmrəylik, sosial rifah və Azərbaycanın davamlı inkişafı dayanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilməyə başlanmışdır.
Milli Qurtuluş Günü yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə inamın ifadəsidir. Bu əlamətdar tarix Azərbaycan xalqının birliyinin, dövlətinə və liderinə sədaqətinin təcəssümü olmaqla yanaşı, müstəqilliyimizin əbədi və dönməz olduğunu nümayiş etdirir.
Hər il böyük qürur hissi ilə qeyd olunan 15 İyun xalqımızın taleyində yeni inkişaf mərhələsinin başlanğıcı, dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri kimi yaşayır.
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, dövlətimizin xilası və tərəqqisinin əsasını qoymuş müqəddəs bir gündür. Bu günün siyasi və tarixi əhəmiyyəti illər keçdikcə daha aydın görünür və gələcək nəsillər üçün dövlətçiliyin qorunmasının, milli birliyin və güclü liderliyin əhəmiyyətini nümayiş etdirən mühüm örnək olaraq qalır.
Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25

