Tarixi Azərbaycan-Türkmənistan münasibətləri
24.06.2026 [11:55]
22 iyun 2026-cı il tarixində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi yadda qaldı.
Səfər zamanı keçirilən görüşlər, imzalanan sənədlər və Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, Bakı ilə Aşqabad arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyulmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının mətbuata bəyanatında Azərbaycan-Türkmənistan münasibətlərinin möhkəm tarixi köklərə, ortaq mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslandığını vurğuladı. Dövlət başçısı qeyd etdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədə qurulub və qarşılıqlı etimada söykənən münasibətlər bütün istiqamətlər üzrə uğurla inkişaf edir.
Ölkə Prezidenti İlham Əliyevin çıxışı zamanı Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi. Dövlət başçısı vurğuladı ki, bu dəstək Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin daha da möhkəmlənməsinə, regionlararası əməkdaşlığın genişlənməsinə və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə mühüm töhfə verir. Bu həm də Türkmənistanın Azərbaycanın beynəlxalq təşəbbüslərinə verdiyi önəmin və dost münasibətinin göstəricisidir.
Mətbuata bəyanatda bildirildi ki, Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. Xüsusilə BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda nümayiş etdirilən qarşılıqlı dəstək ölkələrimizin strateji maraqlarının üst-üstə düşdüyünü nümayiş etdirir. Bu əməkdaşlıq regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
Səfərin mühüm nəticələrindən biri də iki ölkə arasında bir sıra vacib sənədlərin imzalanması oldu. İmzalanan sənədlər siyasi, iqtisadi, nəqliyyat, logistika, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə yönəlib. Bu sənədlər gələcək əməkdaşlıq üçün hüquqi bazanın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin inkişafına və qarşılıqlı investisiyaların təşviqinə xidmət edir.
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətlərindən biridir. Xəzər dənizinin zəngin enerji ehtiyatlarından səmərəli istifadə, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi və regional enerji təhlükəsizliyinə töhfə verən təşəbbüslər iki ölkənin ortaq maraqlarına cavab verir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan tərəfindən yaradılmış müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz layihəsi Türkmənistan üçün geniş imkanlar yaradır. Bu marşrutlar vasitəsilə Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların həcmi artır, regionun tranzit potensialı güclənir və iqtisadi əməkdaşlıq yeni məzmun qazanır.
İki ölkə arasında humanitar əlaqələr də davamlı inkişaf edir. Təhsil, elm, mədəniyyət və idman sahələrində həyata keçirilən birgə layihələr xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Türkmənistan xalqlarını birləşdirən ortaq tarixi-mədəni irs bu əməkdaşlığın əsas dayaqlarından biridir.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. Dövlət başçılarının müntəzəm görüşləri və siyasi dialoq əməkdaşlığın bütün istiqamətlər üzrə inkişafına güclü təkan verir. Bu münasibətlər yalnız iki ölkənin deyil, bütövlükdə regionun inkişafı və sabitliyi baxımından da mühüm əhəmiyyət daşıyır.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat göstərdi ki, Bakı-Aşqabad əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. İmzalanmış sənədlər, əldə olunmuş razılaşmalar və səsləndirilən fikirlər Azərbaycan-Türkmənistan dostluğunun və strateji tərəfdaşlığının gələcək illərdə daha da möhkəmlənəcəyinə əminlik yaradır.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

