Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ
06.07.2026 [16:18]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 2026-cı il iyulun 1-də Azərbaycana səfəri zamanı verdiyi bəyanat ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik” fikri son dövrlərdə qarşılıqlı siyasi dialoqun intensivləşməsinin və strateji əməkdaşlığın genişlənməsinin məntiqi nəticəsidir.
Cari ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərləri, ardınca Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə gəlişi onu göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş kimi xüsusi əhəmiyyət daşıyır. Bu ardıcıl yüksəksəviyyəli təmaslar münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir.
Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın təşviqində mühüm rol oynayır. Avropa İttifaqı ilə münasibətlərin inkişafı da məhz qarşılıqlı hörmət, bərabərhüquqluluq və tərəflərin milli maraqlarına hörmət prinsipləri əsasında qurulur.
Enerji təhlükəsizliyi sahəsində Azərbaycan artıq Avropanın əsas tərəfdaşlarından biridir. Ölkəmizin təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Xəzər dənizinin bərpaolunan enerji potensialından istifadə və enerji ixracının şaxələndirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindəndir.
Nəqliyyat və logistika sahəsində də Azərbaycanın rolu durmadan artır. Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında yükdaşımaların daha sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır. Bu baxımdan Azərbaycanın geostrateji mövqeyi və müasir nəqliyyat infrastrukturu Avropa İttifaqı üçün də xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan bu gün yalnız enerji sahəsində deyil, həm də iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat, innovasiya və regional bağlantılar istiqamətində etibarlı tərəfdaş kimi çıxış edir. Avropa Komissiyası ilə əlaqələrin inkişafı bu sahələrdə yeni layihələrin həyata keçirilməsinə geniş imkanlar açır.
Prezident İlham Əliyevin bəyanatında ifadə olunan fikirlər bir daha göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı etimada və uzunmüddətli strateji maraqlara əsaslanır. Bu əməkdaşlıq təkcə tərəflərin deyil, bütövlükdə regionun sabitliyi, rifahı və davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan–Avropa İttifaqı münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, siyasi dialoq daha da dərinləşəcək və əməkdaşlıq yeni istiqamətlər üzrə genişlənərək ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45

