Cəmiyyətin güzgüsü
21.07.2026 [14:27]
Hər il 22 iyul tarixində ölkəmizdə Milli Mətbuat Günü böyük hörmət və ehtiramla qeyd olunur. Bu əlamətdar gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsini nəşr etdirməsi ilə tarixə çevrilmişdir. "Əkinçi" qəzeti xalqımızın maariflənməsi, milli özünüdərkin formalaşması və azərbaycançılıq ideyalarının inkişafı istiqamətində mühüm rol oynamışdır. Bu gün isə Azərbaycan mətbuatı müstəqil dövlətimizin inkişafında, cəmiyyətin obyektiv məlumatlandırılmasında və milli maraqların qorunmasında mühüm missiyanı uğurla yerinə yetirir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan mətbuatının inkişafına hər zaman böyük diqqət və qayğı göstərmişdir. Dahi Rəhbər mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirərək deyirdi: "Mətbuat cəmiyyətin güzgüsüdür." Bu fikir mətbuatın yalnız xəbər yayan vasitə deyil, həm də cəmiyyətin inkişafını, problemlərini və uğurlarını əks etdirən mühüm ictimai institut olduğunu ifadə edir.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə Azərbaycanda senzuranın ləğv edilməsi milli mətbuat tariximizin ən mühüm hadisələrindən biri oldu. Bu qərar müstəqil jurnalistikanın inkişafı, fikir plüralizminin genişlənməsi və demokratik dəyərlərin möhkəmlənməsi baxımından tarixi əhəmiyyət daşıyırdı. Ümummilli Lider mətbuatın dövlət quruculuğundakı rolunu yüksək qiymətləndirir, jurnalistlərin fəaliyyətinə daim dəstək göstərirdi.
Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, "Azərbaycanda söz, mətbuat və informasiya azadlığı tam təmin edilir." Dövlət Başçısının rəhbərliyi ilə informasiya siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilmiş, medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Son illərdə media sahəsində aparılan islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, medianın peşəkarlığının artırılması və rəqəmsal transformasiya istiqamətində görülən işlər Azərbaycanın informasiya məkanının daha da güclənməsinə xidmət edir. Medianın İnkişafı Agentliyinin yaradılması, jurnalistlərin peşə hazırlığının dəstəklənməsi və informasiya mühitində sağlam rəqabətin təşviqi dövlətin bu sahəyə verdiyi önəmin bariz nümunəsidir.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası öz üzərinə düşən tarixi missiyanı böyük məsuliyyətlə yerinə yetirdi. Jurnalistlər cəbhədən operativ və dəqiq məlumatlar çatdıraraq informasiya müharibəsində dövlətimizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verdilər. Möhtərəm Prezident İlham Əliyevin xarici media nümayəndələrinə verdiyi çoxsaylı müsahibələr, faktlara və beynəlxalq hüquqa əsaslanan qətiyyətli mövqeyi informasiya cəbhəsində Azərbaycanın böyük üstünlük qazanmasına səbəb oldu.
Bu gün Azərbaycan mediası yalnız ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da milli maraqlarımızın müdafiəsində mühüm rol oynayır. Qlobal informasiya mühitində dezinformasiyaların artdığı bir dövrdə peşəkar, məsuliyyətli və vətənpərvər jurnalistikanın əhəmiyyəti daha da yüksəlir. Mətbuatın əsas vəzifəsi cəmiyyəti operativ, obyektiv və dəqiq informasiya ilə təmin etməklə yanaşı, milli maraqları, dövlətçiliyi və ictimai həmrəyliyi qorumaqdır.
Milli mətbuatımızın keçdiyi 151 illik şərəfli yol göstərir ki, Azərbaycan jurnalistikası zəngin ənənələrə malikdir. Bu ənənələrin qorunması, müasir çağırışlara uyğun inkişaf etdirilməsi hər bir media nümayəndəsinin əsas vəzifəsidir. Mətbuat azadlığı ilə peşə məsuliyyəti bir-birini tamamlayan anlayışlardır və onların vəhdəti cəmiyyətin sağlam inkişafına xidmət edir.
İnanırıq ki, Azərbaycan mətbuatı bundan sonra da Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf yoluna və Möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi media siyasətinə sadiq qalaraq dövlətçiliyimizin möhkəmlənməsinə, milli maraqlarımızın qorunmasına və cəmiyyətimizin tərəqqisinə layiqli töhfələr verməyə davam edəcəkdir.
Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

