/ / 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Milli kimliyimizin və dövlətçiliyimizin möhkəm təməli
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Milli kimliyimizin və dövlətçiliyimizin möhkəm təməli
29.07.2026 [17:14]
Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar tarix xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə və ana dilinə göstərilən yüksək ehtiramın ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilən bu əlamətdar gün latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam təmin olunması və dövlət dilimizin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərimizdəndir. Ulu Öndər Heydər Əliyev ana dilimizin qorunmasını və inkişafını hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab etmiş, bu sahədə mühüm tarixi qərarlar qəbul etmişdir. Dahi rəhbər deyirdi: “Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır.” Bu dəyərli fikirlər bu gün də Azərbaycan dövlətinin dil siyasətinin əsas ideoloji xəttini təşkil edir.
Sovet dövründə milli dillərin sıxışdırıldığı mürəkkəb ictimai-siyasi şəraitdə Heydər Əliyev böyük siyasi iradə nümayiş etdirərək Azərbaycan dilinin hüquqlarını qətiyyətlə müdafiə etmişdir. Məhz onun təşəbbüsü ilə 1978-ci il Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası öz əksini tapmış, bununla da ana dilimizin dövlət dili kimi hüquqi statusu qorunmuşdur.
Müstəqillik illərində Ümummilli Lider tərəfindən həyata keçirilən ardıcıl dövlət dili siyasəti nəticəsində 1995-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmiş, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmış, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmış, 2002-ci ildə isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olunmuşdur. Bu mühüm hüquqi sənədlər dövlət dilimizin tətbiqi və inkişafı istiqamətində möhkəm hüquqi baza formalaşdırmışdır.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, qloballaşma şəraitində inkişaf etdirilməsi, elektron məkanda istifadəsinin genişləndirilməsi, latın qrafikalı nəşrlərin artırılması və dil normalarının tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Prezident İlham Əliyev ana dilimizin qorunmasının milli təhlükəsizlik və milli kimlik məsələsi olduğunu xüsusi vurğulayaraq bildirir: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.” Dövlət başçısı dəfələrlə qeyd etmişdir ki, Azərbaycan dili zənginliyi və ifadə imkanları ilə seçilən dillərdən biridir və onun saflığının qorunması hər bir vətəndaşın mənəvi borcudur.
Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən mühüm milli-mənəvi amildir. Ana dilimizin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Bu istiqamətdə qəbul olunan dövlət proqramları, fərman və sərəncamlar dilimizin nüfuzunun daha da yüksəldilməsinə, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə və dövlət dilinin cəmiyyət həyatının bütün sahələrində tətbiqinə mühüm töhfələr verir.
Yeni Azərbaycan Partiyası da Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideoloji xəttə sadiq qalaraq milli-mənəvi dəyərlərimizin, ana dilimizin və dövlətçilik ənənələrimizin qorunmasını daim diqqət mərkəzində saxlayır. Partiyanın həyata keçirdiyi maarifləndirici tədbirlər və təşəbbüslər gənc nəslin Azərbaycan dilinə hörmət ruhunda yetişməsinə, milli kimliyimizin möhkəmləndirilməsinə xidmət edir.
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə xalqımızı təbrik edir, hər bir vətəndaşı ana dilimizin saflığını qorumağa, onu düzgün işlətməyə və gələcək nəsillərə zəngin milli irs kimi ötürməyə çağırırıq. Çünki Azərbaycan dili milli varlığımızın, dövlət müstəqilliyimizin və xalqımızın mənəvi birliyinin ən möhkəm dayaqlarından biridir.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44

