Zəngin dil, qüdrətli dövlət, parlaq gələcək
30.07.2026 [09:59]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın minilliklər boyu formalaşdırdığı milli-mənəvi sərvətə, dövlətçilik ənənələrinə, mədəni irsinə və milli kimliyinə sonsuz ehtiramın ifadəsidir. Ana dili hər bir xalqın tarixini, düşüncə tərzini, milli yaddaşını və mənəvi dəyərlərini gələcək nəsillərə çatdıran etibarlı körpüdür. Azərbaycan dili də əsrlər boyu xalqımızın varlığını qoruyan, onu bir millət kimi yaşadan, zəngin ədəbiyyat, elm və mədəniyyət nümunələri yaradan qüdrətli dillərdən biri olmuşdur.
Ulu Öndər Heydər Əliyev qeyd etmişdir: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik”. Bu fikir Azərbaycan dilinin yalnız milli sərvət deyil, həm də dünya mədəniyyətinin qiymətli nümunələrindən biri olduğunun göstəricisidir.
Azərbaycan dilinin bugünkü yüksək statusa yüksəlməsi uzun və mürəkkəb tarixi yol keçmişdir. XX əsrin 70-ci illərində keçmiş ittifaq məkanında milli dillərin sıxışdırılması siyasəti daha da güclənmişdi. Belə mürəkkəb şəraitdə ana dilinin hüquqlarını müdafiə etmək böyük siyasi iradə və cəsarət tələb edirdi. Məhz həmin dövrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ana dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirdi. Ulu Öndər milli dil məsələsini yalnız mədəniyyət məsələsi deyil, xalqın gələcəyi və milli varlığının qorunması kimi qiymətləndirirdi.
1978-ci il aprelin 2-də Azərbaycan SSR Konstitusiyasının müzakirəsi zamanı Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının təsbit olunması həmin dövr üçün son dərəcə mühüm tarixi hadisə idi. Bu addım Azərbaycan dilinin gələcək inkişafının hüquqi əsaslarını yaratdı və milli özünüdərkin güclənməsinə mühüm töhfə verdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra – Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı nəticəsində dövlət dili məsələsi milli dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bununla da Azərbaycan dili müstəqil dövlətin əsas atributlarından biri kimi konstitusion təminat qazandı.
Sonrakı illərdə Ulu Öndər Heydər Əliyevin imzaladığı mühüm fərman və sərəncamlar dövlət dili siyasətinin sistemli şəkildə həyata keçirilməsinə şərait yaratdı. Xüsusilə 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin bütün sahələrdə tətbiqinin genişləndirilməsində yeni mərhələnin əsasını qoydu. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı. Bu qərar Azərbaycan dilinin inkişafına verilən yüksək dövlət qayğısının parlaq təzahürüdür. 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dövlət dilinin hüquqi statusunu daha da möhkəmləndirdi.
Azərbaycan dilinin inkişafı və qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Bu çağırış yalnız dilçilərə və alimlərə deyil, müəllimlərə, jurnalistlərə, yazıçılara, dövlət qulluqçularına, siyasətçilərə və bütövlükdə cəmiyyətə ünvanlanıb.
Son illərdə dövlət başçısının imzaladığı bir sıra mühüm sənədlər Azərbaycan dilinin inkişafına yeni imkanlar yaratmışdır. 2004-cü ildə latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi, 2018-ci ildə elektron məkanda Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi və dövlət dilinin saflığının qorunmasına dair fərmanlar bu siyasətin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevin 2025-ci il 31 iyul tarixli Fərmanla Azərbaycan dilinin tətbiqinə, normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarət, həmçinin dilin inkişafının təmin edilməsi səlahiyyətinin Mədəniyyət Nazirliyinə həvalə olunması bu sahədə institusional mexanizmlərin daha da gücləndirilməsinə töhfə verir. Müasir informasiya cəmiyyətində qloballaşma dillər qarşısında yeni çağırışlar yaradır. Xarici sözlərin həddindən artıq işlədilməsi, sosial şəbəkələrdə dil normalarının pozulması, internet mühitində qeyri-dəqiq yazı formalarının yayılması ana dilinin saflığının qorunmasını daha da aktuallaşdırır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bu fikir Azərbaycan dilinin ifadə imkanları bir daha nümayiş etdirir. Xüsusilə gənc nəslin Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını dərindən mənimsəməsi, klassik və müasir Azərbaycan ədəbiyyatını mütaliə etməsi, ana dilində səlis və zəngin danışıq mədəniyyətinə yiyələnməsi milli-mənəvi dəyərlərin qorunmasının vacib şərtlərindəndir.
Azərbaycan dili bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla soydaşımızı birləşdirən mənəvi əlaqədir. Ana dili xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasında, onların Vətənlə əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, Nizaminin hikmətidir, Füzulinin eşq fəlsəfəsidir, Vaqifin həyati realizmidir, Mirzə Fətəli Axundzadənin maarifçiliyidir, Cəlil Məmmədquluzadənin satirasıdır, Üzeyir Hacıbəylinin musiqisidir, Bəxtiyar Vahabzadənin və Xəlil Rza Ulutürkün Vətən sevgisidir. Bu dil xalqımızın tarixini, zəfərlərini, milli-mənəvi dəyərlərini və dövlətçilik ənənələrini yaşadan ən qiymətli xəzinədir.
Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir azərbaycanlı üçün milli qürur günüdür. Bu gün biz yalnız keçmişimizi xatırlamır, həm də gələcəyimiz üçün mühüm məsuliyyət daşıdığımızı dərk edirik. Azərbaycan dilinin zənginliyini qorumaq, onu saf saxlamaq, gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
Ulu Öndər Heydər Əliyevin “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikri bu gün də öz aktuallığını tam şəkildə qoruyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dil siyasəti isə Azərbaycan dilinin gələcək inkişafını, onun beynəlxalq nüfuzunun daha da artmasını və milli-mənəvi dəyərlərimizin etibarlı şəkildə qorunmasını təmin edir. Ana dilimizi qorumaq Vətəni, tariximizi və gələcəyimizi qorumaq deməkdir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

