Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şəmkir rayon təşkilatında fəallarla görüş keçirilib

YAP Şəmkir rayon təşkilatında fəallarla görüş keçirilib

28.08.2026 [13:03]

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının qərargahında partiyanın bir qrup fəalı ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev partiya üzvlərinin ictimai-siyasi həyatda fəal iştirakından, həyata keçirilən layihələrdəki rolundan və qarşıda duran gələcək fəaliyyət istiqamətlərindən danışıb.

Rayon təşkilatının sədri vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi milli maraqların qorunmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və cəmiyyətin hərtərəfli inkişafına mühüm töhfələr verməkdədir.

Görüşdə YAP Şəmkir rayon təşkilatının on bir min beş yüzə yaxın üzvü öz sıralarında birləşdirən nüfuzlu siyasi qurumlardan biri olduğu diqqətə çatdırılıb.

Təşkilatın işində fəalların rolunun xüsusi əhəmiyyət kəsb etdiyi, onların təşəbbüskarlığı və ictimai-siyasi proseslərdə yaxından iştirakının görülən işlərə mühüm töhfə verdiyi qeyd olunub.

Səmimi şəraitdə keçən görüşdə fəalların təklif və fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31