Türk Dövlətləri Təşkilatı: təhlükəsizlikdən strateji həmrəyliyə
22.09.2026 [09:49]
İlqar İlyasov
YAP Qaradağ rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər Türk dünyasının qarşısında dayanan mühüm vəzifələri, təşkilat daxilində əməkdaşlığın yeni istiqamətlərini və təhlükəsizlik məsələlərinin artan əhəmiyyətini bir daha gündəmə gətirib. Dövlətimizin başçısının çıxışı TDT-nin yalnız siyasi və iqtisadi əməkdaşlıq platforması kimi deyil, həm də təhlükəsizlik, sabitlik və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm təsisat kimi inkişaf etdiyini göstərir.
Azərbaycan Prezidentinin diqqət çəkdiyi əsas məqamlardan biri Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi ilə bağlıdır. Son illərdə TDT çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əlaqələrin genişlənməsi təşkilatın potensialının daha dolğun şəkildə reallaşdırılması üçün yeni imkanlar yaradıb. Bu baxımdan üzv dövlətlərin qarşılıqlı fəaliyyətinin sistemli şəkildə genişləndirilməsi və ümumi maraqlar ətrafında daha sıx birləşməsi xüsusi əhəmiyyət daşıyır.
TDT ölkələrinin geniş coğrafiyada yerləşməsi, mühüm enerji və nəqliyyat marşrutlarının bu ərazilərdən keçməsi təşkilatın strateji əhəmiyyətini daha da artırır. Enerji və nəqliyyat təhlükəsizliyi müasir dövrdə dövlətlərin ümumi təhlükəsizlik sisteminin mühüm komponentlərindən birinə çevrilib. Azərbaycan isə əlverişli coğrafi mövqeyi, həyata keçirdiyi enerji və nəqliyyat layihələri, eləcə də Mərkəzi Asiya dövlətləri ilə fəal əməkdaşlığı ilə Türk dünyasının iqtisadi və logistika əlaqələrinin inkişafında mühüm rol oynayır.
Görüşdə təhlükəsizlik məsələlərinin ön plana çəkilməsi də təsadüfi deyil. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, müxtəlif regionlarda mövcud olan qarşıdurmalar və yeni təhlükəsizlik çağırışları dövlətlər arasında koordinasiyanın vacibliyini artırır. Belə şəraitdə TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə məsul qurumları arasında əməkdaşlığın, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, TDT ölkələrinin ərazilərində sabitliyin, sülhün və təhlükəsizliyin hökm sürməsi təşkilatın inkişafı üçün mühüm amildir. Siyasi sabitlik iqtisadi inkişafın, investisiyaların cəlb edilməsinin, yeni texnologiyaların tətbiqinin və sosial rifahın yüksəldilməsinin əsas şərtlərindən biridir. Bu baxımdan TDT məkanında mövcud sabitliyin qorunması və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi ümumi strateji maraqlara xidmət edir.
Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətlərinin yüksək səviyyədə olması da bu əməkdaşlığın mühüm dayaqlarındandır. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müxtəlif sahələri əhatə edən müttəfiqlik münasibətlərinin formalaşması, iqtisadi və investisiya əlaqələrinin genişlənməsi Türk dünyasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsinə mühüm zəmin yaradır.
Dövlət başçısının çıxışında gənclər məsələsinə xüsusi diqqət yetirməsi isə TDT-nin gələcək inkişafı baxımından mühüm məqamdır. Türk dövlətlərinin əhalisinin böyük hissəsini gənclərin təşkil etməsi bu sahədə geniş potensialın olduğunu göstərir. Gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, birgə forumların, konfransların və müxtəlif layihələrin keçirilməsi ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Türk dünyasının gələcəyi yalnız dövlətlərarası siyasi və iqtisadi əlaqələrin inkişafından deyil, həm də xalqlar arasında humanitar və mədəni bağların daha da möhkəmləndirilməsindən keçir. Ortaq tarix, dil, ədəbiyyat və mədəni irs Türk xalqlarını birləşdirən mühüm mənəvi dayaqlardır. Bu baxımdan Bakıda Əlişir Nəvainin abidəsinin ucaldılması, Daşkənddə isə Nizami Gəncəvinin abidəsinin yerləşməsi xüsusi rəmzi məna daşıyır. Bu nümunələr Azərbaycan və Özbəkistan xalqları arasında dərin tarixi-mədəni əlaqələrin ifadəsi olmaqla yanaşı, Türk dünyasının ortaq mənəvi irsinin qarşılıqlı şəkildə təbliğinin əhəmiyyətini göstərir.
Prezident İlham Əliyevin çıxışında gənclər arasında əlaqələrin gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər də məhz bu kontekstdə mühüm məna kəsb edir. Gənc nəslin ortaq tarix və mədəniyyət haqqında biliklərinin artırılması, onların bir-biri ilə daha sıx ünsiyyət qurması və müxtəlif birgə layihələrdə iştirakı Türk dünyasında gələcək əməkdaşlığın sosial və humanitar əsaslarını daha da möhkəmləndirə bilər.
Bütün bunlar göstərir ki, Türk Dövlətləri Təşkilatının qarşısında geniş əməkdaşlıq imkanları dayanır. Təhlükəsizlik və sabitlik, enerji və nəqliyyat, iqtisadiyyat və investisiya, humanitar əlaqələr və gənclər siyasəti kimi istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin gücləndirilməsi TDT-nin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır.
Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər Türk dünyasının qarşılıqlı etimad, həmrəylik və strateji əməkdaşlıq əsasında inkişaf etdirilməsinin əhəmiyyətini bir daha ortaya qoyur. Azərbaycanın bu prosesdə fəal və təşəbbüskar mövqeyi isə ölkəmizin Türk Dövlətləri Təşkilatının inkişafına verdiyi əhəmiyyətin və Türk dünyasının birliyinə verdiyi töhfənin göstəricisidir.
Xəbər lenti
Hamısına baxAnalitik
02 Oktyabr 10:17
Gündəm
02 Oktyabr 10:14
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17

