Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəngilan azaddır, Zəngilan yenidən qurulur!

Zəngilan azaddır, Zəngilan yenidən qurulur!

19.10.2026 [19:25]

19 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Köçvəlili kənd” və “Qarayazı qəsəbə” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 20 oktyabr “Zəngilan şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Zəngilan şəhərinin azad olunması hər bir azərbaycanlı üçün böyük sevinc və qürur mənbəyi oldu. Bu qələbə Azərbaycan dövlətinin siyasi iradəsinin, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin və xalqımızın milli həmrəyliyinin bariz nümunəsi idi. Şəhərin azadlığı uğrunda döyüşlərdə iştirak edən hərbçilərimizin qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı heç vaxt unudulmayacaq. Bu gün azad torpaqlarımızda dalğalanan üçrəngli Azərbaycan bayrağı Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə ehtiramın ifadəsidir.

Tədbirdə çıxış edən digər natiqlər – “Qarayazı qəsəbə” Ərazi Partiya Təşkilatının sədr müavini Amasiya İsmayılova, Köçvəlili kənd kitabxanasının əməkdaşı Vüsalə Süleymanova, partiya fəalları Firudin Qurbanov və Samirə İsmayılova bildiriblər ki, Zəngilanın azad edilməsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun döyüş meydanında göstərdiyi şücaət və xalqımızın birliyi mühüm rol oynadı. Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə əzmini və milli məqsədlər ətrafında birləşmək bacarığını bütün dünyaya nümayiş etdirdi. Bu tarixi nailiyyət uzun illər davam edən işğala son qoyulması və ölkəmizin suverenliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31