/ / Samux rayonunda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib
Samux rayonunda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib
22.10.2026 [14:25]
Samuxda Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatın məsul əməkdaşları, YAP Samux rayon təşkilatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Samux şəhəri Heydər Parkında ucaldılmış heykəli önünə gül dəstələri qoyaraq ulu öndərə hörmət və ehtiramını bildiriblər.
Müşavirə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələr, ölkəmizin qarşısında duran prioritet məsələlər və dövlət siyasətinin əsas istiqamətləri barədə ətraflı danışıb.
Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkəmizin tarixində yeni mərhələnin başlanğıcıdır. Bu mərhələdə əsas vəzifələr əldə edilmiş nailiyyətlərin qorunması, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafının davam etdirilməsi və milli maraqların qətiyyətlə müdafiə olunmasıdır.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə mövqelərini möhkəmləndirib, iqtisadi və hərbi qüdrətini artırıb, regionda yeni reallıqlar yaradıb. Bu uğurların davam etdirilməsi hər bir dövlət qulluqçusunun, partiya üzvünün və vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur.
Müşavirədə çıxış edən Samux Rayon Ağsaqqallar Şurasının sədri Bayram Qasımov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqinin əhəmiyyətindən, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdən və qarşıda duran mühüm vəzifələrdən danışıb. O, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, ölkəmizin inkişafı, milli həmrəyliyin qorunması və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində hər kəsin üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsinin vacibliyini qeyd edib.
Müşavirədə çıxış edən digər natiqlər Yeni Azərbaycan Partiyasının ölkəmizin dövlətçilik tarixindəki mühüm rolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş siyasi, iqtisadi və hərbi nailiyyətlərdən, qarşıda duran vəzifələrdən və verilən tapşırıqların vaxtında, keyfiyyətlə icrasının əhəmiyyətindən danışıblar.
Çıxışlarda ölkəmizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə və milli həmrəyliyin qorunmasına töhfə verməyin hər bir vətəndaşın və partiya üzvünün əsas vəzifələrindən olduğu diqqətə çatdırılıb.
Müşavirənin sonunda Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq qarşıda duran vəzifələrin yüksək məsuliyyətlə yerinə yetirilməsinin, dövlət siyasətinin yerlərdə ardıcıl həyata keçirilməsinin və rayonun sosial-iqtisadi inkişafının təmin olunmasının vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
22 Oktyabr 15:19
Siyasət
22 Oktyabr 15:06
YAP xəbərləri
22 Oktyabr 14:46
Sosial
22 Oktyabr 14:33
Sosial
22 Oktyabr 14:32
Sosial
22 Oktyabr 14:31
İqtisadiyyat
22 Oktyabr 14:28
Hadisə
22 Oktyabr 14:28
Dünya
22 Oktyabr 14:22
YAP xəbərləri
22 Oktyabr 14:05
Dünya
22 Oktyabr 13:38
Gündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:57
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49

