Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Samux rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

Samux rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

07.05.2014 [09:53]

Mayın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə Mərkəzi Mədəniyyət evində açıq havada Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı kitab sərgisi keçirilib. Sərgidə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən və Ona həsr edilmiş kitablar nümayiş etdirilib. Tədbir konsert proqramı ilə davam etdirilib. Konsert proqramında rayon 1 saylı Uşaq Musiqi Məktəbinin kollektivləri Ulu öndər Heydər Əliyevə həsr olunmuş əsərlər ifa ediblər.
Bununla yanaşı, YAP Samux rayon təşkilatının, rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat məktəbinin birgə tədbirlər planına uyğun olaraq mayın 2-də Uşaq-Gənclər Şahmat məktəbinin 8,10,12 və 14 yaş qrupunda oğlanlar və qızlar arasında şahmat turnirinə start verilib. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov tədbiri açaraq bildirib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və iqtisadi, siyasi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Sonra Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, rayon Təhsil şöbəsinin müdir müavini Faiq Həsənov də çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar YAP Samux rayon təşkilatının tərtib olunmuş tədbirlər planına uyğun olaraq 21 apreldən 2 may tarixinədək rayonun ümumtəhsil məktəblərinin 24 komandası arasında keçirilən mini-futbol turniri başa çatıb. Turnirdə ilk üç yeri tutmuş komandalara mükafatlar təqdim olunub.
Bundan başqa, YAP Samux rayon təşkilatının və Samux rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəbləri arasında keçirilən voleybol turniri sona çatıb. Turnirdə fərqlənmiş üç komandaya müvafiq mükafatlar verilib.
NURLAN

Paylaş:
Baxılıb: 1256 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30