YAP Qadınlar Şurasının toplantısı keçirilib
30.09.2014 [09:14]
Toplantıda təşkilatın fəaliyyətinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi, bələdiyyə seçkilərinə hazırlıq və digər məsələlər müzakirə olunub
Sentyabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının toplantısı keçirilib. Toplantıda partiyanın rayon və şəhər təşkilatları Qadınlar şuralarının sədrləri iştirak ediblər. Tədbiri açan YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva təşkilatın qarşısında duran vəzifələrdən bəhs edib. N.Əliyeva bildirib ki, toplantının keçirilməsində məqsəd təşkilatın fəaliyyətinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi, bələdiyyə seçkiləri ərəfəsində qadınların fəallığının artırılması, seçkilərlə əlaqədar bölgələrdə görüşlərin keçirilməsi və digər məsələlərin müzakirəsindən ibarətdir.
Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini deyən YAP Qadınlar Şurasının sədri vurğulayıb ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. N.Əliyeva Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, qadınların gündən-günə artan fəallığından danışıb. O bildirib ki, qadınlarımız hər zaman Azərbaycanın ictimai-siyasi həyatında fəal olub. Bu gün Azərbaycan qadını həyatımızın bütün sahələrində uğur əldə edir, yüksək göstəricilər nümayiş etdirir. Bütün bunlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılır, ardıcıl tədbirlər həyata keçirilir.
YAP Qadınlar Şurasının sədri vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən fəaliyyəti nəinki Azərbaycan qadınları, hətta dünya qadınları üçün nümunədir. Onun sözlərinə görə, məhz uğurlu dövlət siyasətinin nəticəsidir ki, ölkəmizin nüfuzlu, ziyalı qadınları, eləcə də, cəmiyyətin digər təbəqələrini təmsil edən xanımlar YAP-ın sıralarında cəmləşiblər. Hazırda YAP üzvlərinin 40 faizdən çoxunu qadınlar təşkil edir. N.Əliyeva deyib ki, bu ilin ötən dövründə də partiya sıralarına qoşulanlar arasında qadınlar üstünlük təşkil edir.
Qarşıdan gələn bələdiyyə seçkilərindən danışan N.Əliyeva qeyd edib ki, YAP Qadınlar Şurası bu prosesdə fəal iştirak etməli, regionlarda maarifləndirici tədbirlər həyata keçirməlidir. O, bələdiyyə seçkilərində YAP Qadınlar Şurasının üzvlərinin daha fəal olmasının, ən layiqli və intellektli qadınların namizədliyinin irəli sürülməsinin vacibliyini vurğulayıb. N.Əliyeva deyib ki, YAP Qadınlar Şurası qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar müəyyən tədbirlərin keçirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, partiyamız budəfəki seçkilərdə də qadınların təmsilçiliyinə üstünlük verəcək. Buna görə də, partiyamızı təmsil edən qadınlar bu seçki prosesində daha fəal olmalıdır. “Bilirsiniz ki, hazırki bələdiyyə üzvlərinin təxminən 30 faizi qadınlardan ibarətdir. Biz istəyirik ki, bu göstərici artsın, qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi daha da yüksəlsin. Bu məqsədlə biz qadınların fəallığını artımaq üçün seçki ərəfəsində zonalar üzrə görüşlərin keçirilməsini nəzərdə tuturuq. Yaxın günlərdə belə görüşlərin keçirilməsinə başlanacaq. İnanırıq ki, görülən işlər, maarifləndirmə tədbirləri müsbət nəticələrini verəcək” - deyə, YAP Qadınlar Şurasının sədri qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova partiyanın cəmiyyət həyatındakı mövqeyindən, həyata keçirilən layihələrdən, o cümlədən YAP Qadınlar Şurasının fəaliyyətindən geniş bəhs edib. B.Muradova qeyd edib ki, ölkəmizin inkişafı prosesində YAP-ı təmsil edən qadınlar da fəal iştirak edir. O, qarşıdan gələn bələdiyyə seçkilərində qadınları fəal iştirak etməyə çağırıb. B.Muradova bu toplantının nəticəsi olaraq regionlarda fəallığın daha da artacağına əminliyini bildirib. O, vəzifələrin düzgün müəyyənləşdirilməsi, yeni fəaliyyət istiqamətlərinin seçilməsi baxımından belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. B.Muradova deyib: “Biz YAP üzvü olmaqla yanaşı, Azərbaycan vətəndaşı kimi də məsuliyyət daşıyırıq və hər birimiz Azərbaycanın inkişafı, gələcəyi naminə məsuliyyətimizi daha da artırmalıyıq”.
Milli Məclis sədrinin müavini qarşıya çıxan problemlərin həlli üçün birgə səy göstərməyin, fikir mübadiləsi aparmağın vacibliyini vurğulayıb: “Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçən qadın problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatı deyil. Biz siyasi təşkilatıq, təyinatımız siyasi fəaliyyətlə bağlıdır. Biz qarşıya çıxan problemlərin yaranma səbəblərini araşdırıb, təhlil edərək onun həlli üçün birgə səylərimizi artırmalıyıq. İctimaiyyətin maraqla izlədiyi ailə-məişət, adət-ənənələrimizin qorunması ilə bağlı müzakirələrdə fəallıq göstərən qadınlarımız müharibə şəraitində yaşayan Azərbaycanın milli maraqlarına, dövlətçilik mənafeyinə uyğun səylərini birləşdirməlidirlər. Gənclərimizin vətənpərvərlik tərbiyəsində, cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli xidmətləri və əməyi olan qadınlarımız, analarımız ictimai fəallığı ilə diqqət çəkir. Bu gün hər bir azərbaycanlı, o cümlədən qadınlarımız torpaqlarımızın işğaldan azad olunması istiqamətində birlik, həmrəylik göstərməlidir. Bunun üçün qadın təşkilatları arasında əlaqələrin möhkəmlənməsi başlıca vəzifədir. Siyasi təşkilatda fəaliyyət bu istiqamətdə inkişaf etməli, səylər birləşdirilməlidir. Bunun üçün ölkənin siyasi arenasında böyük nüfuzu olan və ümumxalq etimadı qazanan Yeni Azərbaycan Partiyasının təkmil siyasəti, proqramı, fəaliyyət istiqaməti vardır və bu fəaliyyət milyonlar tərəfindən dəstəklənir, qarşıya çıxan bütün problemlərin həlli üçün birgə səy göstərilir”.
B.Muradova bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələr hər birimiz üçün nümunədir: “Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, millət vəkili Mehriban Əliyevanın Azərbaycanın maddi-mənəvi sərvətlərinin qorunması, dünya xalqları arasında təbliği istiqamətində gördüyü işlər tək ölkəmizdə deyil, beynəlxalq səviyyədə yüksək dəyərləndirilir”.
Tədbirdə daha sonra YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, YAP Xocavənd rayon təşkilatı Qadınlar Şurasının sədri Əfsanə Quliyeva, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Nailə Mustafayeva və digər çıxış edənlər də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişaf etdiyini və bu inkişaf siyasətinin ölkə ictimaiyyəti tərəfindən birmənalı şəkildə dəstəkləndiyini vurğulayıblar.
Toplantıda bələdiyyə seçkiləri ilə bağlı tədbirlər planı müzakirə olunub, YAP Qadınlar Şurasının bölgələrdə qadınlarla görüşlərinin keçirilməsi qərara alınıb.
Eyni zamanda, YAP Qadınlar Şurasının 20 illik yubileyinə hazırlıq məsələləri də müzakirə edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

