Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qobustanlı gənclər inkişafa səs verəcək

Qobustanlı gənclər inkişafa səs verəcək

17.12.2014 [10:17]

Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının bələdiyyələrə seçkilərlə bağlı təbliğat kampaniyası davam edir. Bu münasibətlə rayonda YAP Qobustan rayon təşkilatı gənc namizədlərlə və partiya fəalları ilə görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak ediblər.
Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev çıxış edərək ölkəmizdə keçirilən bütün seçki proseslərində demokratiya faktorunu əsas amil kimi qiymətləndirib. F.Gülaliyev bildirib ki, qobustanlılar Yeni Azərbaycan Partiyasının namizədlərinə bələdiyyə seçkilərində də dəstək olacaqlar.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, əsas məqsəd bələdiyyə seçkilərində gənclərin fəallığını artırmaq, YAP-ın namizədlərinin qələbəsini təmin etməkdən ibarətdir. V.Rəhimzadə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov vurğulayıb ki, partiyamızın bütün seçkilərdə uğur qazanmasının səbəbi YAP-ın Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir.
YAP Gənclər Birliyinin sədri təbliğat-təşviqat kampaniyasında gəncləri həmrəylik nümayiş etdirərək, vahid mövqedən çıxış edərək, 23 dekabr bələdiyyə seçkilərində YAP-ın bələdiyyə üzvülüyünə gənc namizədlərini dəstəkləməyə çağırıb.
Həmçinin görüşdə çıxış edən seçicilər birmənalı olaraq bildiriblər ki, onlar YAP-ın namizədlərinə səs verməklə mövcud inkişafa səs vermiş olacaqlar.

Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30