Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir
14.03.2015 [10:48]
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev və YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvləri iştirak ediblər. Tədbir YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Daha sonra konfransı giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd edib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O deyib ki, Ulu öndərimiz həmişə gənclərə geniş meydan verib, onların dövlət idarəçiliyində fəal təmsilçiliyinə əlverişli şərait yaradıb. A.Hüseynov bu gün həmin siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Bu gün hər bir gənc dövlətimizin ona göstərdiyi diqqət və qayğıdan bəhrələnir, bu amil isə gənclərin gələcək fəaliyyətlərinə stimul verir. Qaradağ rayon gəncləri də bu diqqəti daim hiss edirlər”.
Tərbirdə çıxış edən Qaradağ rayon gəncləri ölkəmizdə gənclərin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını, həmçinin, YAP Gənclər Birliyinin Azərbaycanın ən böyük, güclü gənclər təşkilatı olduğunu vurğulayıblar.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin və Şurasının yeni tərkibi, həmçinin, Ramiz Yusubov YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri, Eltun İbrahimov, Zeliha Zamanova və Eldar Sadıqov sədr müavinləri seçiliblər.
Eyni zamanda, YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin yeni seçilmiş üzvlərini, sədrini və onun müavinlərini təbrik edən, gələcək fəaliyyətlərində uğurlar arzulayan “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, respublikamızda ilk yaranan təşkilatlardan biri olan YAP Qaradağ rayon təşkilatı özünün fəaliyyət istiqamətinə görə hər zaman ön mövqelərdə qərarlaşıb: “Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Məhz bu fakt YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin üzərinə yüksək məsuliyyət qoyur. Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti xalqımıza böyük uğurlar qazandırmışdır”.
Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova da öz çıxışında yeni seçilmiş heyətə uğurlar arzulayaraq qeyd edib ki, gənclərdə milli təəssübkeşlik hissi nə qədər yüksək olarsa, bu da öz növbəsində onların fəaliyyət istiqamətlərinə bir o qədər işıq saçmış olar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

