Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Gənclərin güc strukturları”

“Gənclərin güc strukturları”

01.07.2015 [10:20]

YAP Gənclər Birliyinin ofisində bu mövzuda layihənin bağlanış mərasimi keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Gənclərin güc strukturları” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan layihənin müəllifi, YAP Gənclər Birliyinin fəal üzvü Aytən Məmmədova ölkəmizdə gənclərin inkişafı üçün münbit şəraitin olduğunu bildirib. A.Məmmədova “Gənclərin güc strukturları” layihəsi çərçivəsində keçirilən tədbirlər haqqında məlumat verib. Daha sonra tədbir iştirakçıları layihə çərçivəsində hazırlanmış videoçarxa baxıblar.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, belə layihələr gənclərin inkişafına kömək edir. Onun sözlərinə görə, ölkədə sağlam gənclər ordusu formalaşıb. Belə gənclərin mütləq əksəriyyətinin YAP-ın sıralarında birləşdiyini deyən B.Quliyev gənclərimizin böyük potensialının olduğunu qeyd edib. O, xatırladıb ki, ilk Avropa Oyunlarında gənc könüllülər yüksək fəallıq nümayiş etdiriblər. Belə ki, Oyunların uğurla reallaşmasında minlərlə könüllü gəncin də zəhməti var.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxışında bildirib ki, gənclərin uğurları bütövlükdə cəmiyyətin uğurlarıdır. Gənclərin hər bir cəmiyyətin əsas təbəqəsi olduğunu deyən Hikmət Babaoğlunun sözlərinə görə, hansı ölkədə ki, gənclər fəaldır, vahid məqsədlər uğrunda mübarizə aparır, o ölkə güclüdür: “Əslində, gənclik güc deməkdir. Gənclik həm fiziki, həm mənəvi, həm intellektual, həm də mədəni gücdür. Əsas odur ki, bu gücün cazibə mərkəzi Azərbaycan dövlətçiliyidir. Dövlətimiz gəncliyin inkişafına xüsusi diqqət yetirir. 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dövlət başçısı kimi ilk görüşlərindən birini məhz gənclərlə keçirdi. Həmin ilin noyabrında keçirilən görüşdə Ulu öndərimiz dövlətimizin gənclərlə bağlı mövqeyini ifadə etdi. Həmin görüşdə bir gənc olaraq mən də iştirak etmişəm. Məhz Ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin əsası qoyuldu. Bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir”.
İlk Avropa Oyunlarının uğurla başa çatması münasibətilə gəncləri təbrik edən Hikmət Babaoğlu bildirib ki, bu Oyunlar dövlətimiz, cəmiyyətimiz, o cümlədən, gənclərimiz üçün bir imtahan idi. Gənclərin bu imtahandan alnıaçıq çıxdığını deyən baş redaktor Oyunlarla əlaqədar gənclərin göstərdiyi fəallığı yüksək qiymətləndirib.
Sonda “Gənclərin güc strukturları” layihəsində fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub.
N.BAYRAMLI

 
Paylaş:
Baxılıb: 962 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30