Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Hacıqabul rayon təşkilatında imza toplayacaq şəxslər üçün treninq keçirilib

YAP Hacıqabul rayon təşkilatında imza toplayacaq şəxslər üçün treninq keçirilib

02.09.2015 [10:12]

Qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı aparılan işlər uğurla davam etdirilməkdədir. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatlarında yaradılan seçki qərargahları fəaliyyətlərini davam etdirirlər.
YAP Hacıqabul rayon təşkilatının Seçki Qərargahı da öz fəaliyyətini Mərkəzi Aparatın tövsiyə və göstərişləri əsasında tənzimləyir. Rayon təşkilatının Seçki Qərargahı imza toplayacaq şəxslər üçün mütəmadi treninqlər keçirir.
Bir neçə gün öncə keçirilən treninqdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov rayonun inzibati ərazisinə daxil olan seçki dairələrindən YAP-ın irəli sürəcəyi namizədin imzatoplama kampaniyasının təşkili üçün hər şeyin hazır olduğunu bildirib. Onun sözlərinə görə, YAP Hacıqabul rayon təşkilatında yaradılan Seçki Qərargahı var qüvvəsi ilə iş başındadır: “Biz artıq seçki prosesinin bütün mərhələlərinə hazırıq. İmza toplayacaq qruplar hazırlanıb. Mərkəzi Aparatın tövsiyələrinə uyğun olaraq, müşahidəçilərimiz, məşvərətçi səs hüquqlu komissiya üzvləri üçün treninqlər keçiririk. Bütün görülən işlər növbəti seçkilərin də hər zaman olduğu kimi, demokratik və şəffaf keçirilməsinə yaxından yardım etmək məqsədi daşıyır”.
Çıxış edən YAP Hacıqabul rayon təşkilatının Aparat rəhbəri İsmayıl İbrahimov da məşvərətçi səs hüquqlu komissiya üzvləri və müşahidəçilər üçün müntəzəm şəkildə treninqlərin keçirildiyini xatırladıb.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 992 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30