/ / Füzuli sakinləri daima Bahar Muradovanı dəstəkləyib və bundan sonra da bu dəstəklərini davam etdirəcəklər
Füzuli sakinləri daima Bahar Muradovanı dəstəkləyib və bundan sonra da bu dəstəklərini davam etdirəcəklər
19.10.2015 [10:15]
YAP-ın 84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizədi, Milli Məclisin sədr müavini, partiyanın İdarə Heyətinin üzvü Bahar Muradovanın seçiciləri ilə görüşləri davam edir. Oktyabrın 16-da Füzuli rayon 4 saylı Zobucuq qəsəbəsində keçirilən görüşdə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova namizədin geniş fəaliyyəti və tərcümeyi-halı barədə görüş iştirakçılarına məlumat verib. Təşkilatın sədri və Bahar Muradovanın vəkilləri öz çıxışlarında növbəti parlament seçkilərini böyük siyasi və əlamətdar hadisə kimi dəyərləndirərək Azərbaycanın bugünkü həyatında onun əhəmiyyətini xüsusi qeyd ediblər.
Seçici Nicat Hüseynov çıxış edərək ölkəmizin yüksək inkişafından, Prezident İlham Əliyevin məcburi köçkünlərə olan diqqət və qayğısından danışıb, hər kəsi Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın namizədlərinə səs verməyə çağırıb. Qəsəbə sakinləri Cəmilə İsgəndərova, Tamilla Rzayeva, Cəmalə Məmmədova və Gülər Nəsirova Bahar Muradovanın hər zaman rayon sakinlərinin problemlərinin, eləcə də sosial məsələlərin həll olunmasında göstərdiyi xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Çıxışçılar qeyd ediblər ki, Füzuli sakinləri daima Bahar Muradovanı dəstəkləyib və bundan sonra da bu dəstəklərini davam etdirəcəklər.
Daha sonra çıxış edən Bahar Muradova görüşə gəlmiş bütün seçicilərə təşəkkürünü bildirərək, onları hər zaman layiqincə təmsil etdiyini və bundan sonra da seçiləcəyi təqdirdə istər parlamentdə, istərsə də dünyanın ən yüksək tribunalarında təmsil edəcəyini bildirib. Ölkəmizin Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonrakı inkişafından danışan Bahar Muradova bu gün Ulu öndərin layiqli davamçısı, YAP-ın Sədri cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurundan bəhs edib. Bu gün Azərbaycanda vətəndaşların seçmək və seçilmək hüququnun təmin olunduğunu vurğulayan B.Muradova seçicilərin yüksək seçki mədəniyyətindən və onların bütün seçkilərdə apardıqları fəallıqdan razılığını bildirib. YAP-ın yenidən namizədliyini irəli sürməsinin onun üçün nə qədər şərəfli və məsuliyyətli olduğunu deyən Bahar Muradova partiyamızın Sədri, Prezident İlham Əliyevə bu etimada görə təşəkkürünü bildirib.
Tədbirdən sonra Bahar Muradova seçiciləri qəbul edib və onların təkliflərini dinləyib.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27

