Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın deputatlığa namizədi Mahir Abbaszadə Xəzər rayonunda məskunlaşmış laçınlı seçicilərlə görüşüb

YAP-ın deputatlığa namizədi Mahir Abbaszadə Xəzər rayonunda məskunlaşmış laçınlı seçicilərlə görüşüb

24.10.2015 [11:57]

Yeni Azərbaycan Partiyasının (YAP) 121 saylı Laçın Seçki Dairəsindən deputatlığa namizədi Abbaszadə Mahir Tapdıq oğlunun təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti görüş Xəzər rayonunda məskunlaşmış laçınlı seçicilərlə keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli noyabrın 1-də keçiriləcək parlament seçkiləri barədə ətraflı məlumat verib.
Ölkəmizdə müşahidə olunan sürətli inkişafın Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP Sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kompleks və sistemli islahatlar nəticəsində əldə olunduğunu söyləyən A.Nəzərli “İnanırıq ki, noyabrın 1-də də laçınlı seçicilər Yeni Azərbaycan Partiyasının namizədi Mahir Abbaszadəyə səs verəcəklər”, - deyib.
Tədbirdə çıxış edən deputatlığa namizəd Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin inkişafı, xalqımızın rifahının daha da yaxşılaşması istiqamətində görülən işlərdə əvəzsiz rolundan danışıb. Natiq, eyni zamanda, “Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb”, - deyib.
Tədbirdə çıxış edən Gülşad İbrahimov, Zaur Abdullayev, Əbülfət Mustafayev, Xanlar Behbidov, Mahizər Orucova, Natiq Dağlaroğlu və başqaları Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin, yaşayış şəraitinin gündən-günə daha da yaxşılaşdığını bildiriblər. Seçicilər, eyni zamanda, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Mahir Abbaszadəyə səs verəcəklərini bəyan ediblər.

Paylaş:
Baxılıb: 973 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30