Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Deputatlığa namizəd Ağalar Vəliyev Ağdam rayonunun Yeni İmamqulubəyli qəsəbəsində seçicilərlə görüşüb

Deputatlığa namizəd Ağalar Vəliyev Ağdam rayonunun Yeni İmamqulubəyli qəsəbəsində seçicilərlə görüşüb

28.10.2015 [10:36]

Ağalar Vəliyev: YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə dinamik inkişafa nail olunub
Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində partiya tərəfindən YAP-ın 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən deputatlığa namizədi Ağalar Vəliyevin Ağdam rayonunun Yeni İmamqulubəyli qəsəbəsində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev öncə YAP-ın fəaliyyət göstərdiyi 23 illik dövrdə gördüyü işlərə diqqət çəkib. Natiq bildirib ki, YAP Ümummilli lider Heydər Əliyev tərəfindən ölkə tarixinin mürəkkəb dövründə yaradılıb: “Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti nəticəsində vətəndaşların sosial rifah halı daha da yaxşılaşıb, insanlar gələcəyə optimist baxırlar. YAP vəd vermir, real iş görür. Bunu yüksək qiymətləndirən xalqımız həmişə YAP-a dəstək olub”.
Daha sonra Ağalar Vəliyevin vəkilləri çıxış edərək onun tərcümeyi-halı və əmək fəaliyyəti barədə geniş məlumat veriblər. Vəkillər Ağalar Vəliyevin ölkədə və ölkədən xaricdə tanınan insanlardan olduğunu vurğulayaraq namizədin regionda görülən tikinti-quruculuq və abadlıq işlərində yaxından iştirak etdiyini diqqətə çatdırıblar. Onlar seçiciləri parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Deputatlığa namizəd Ağalar Vəliyev isə seçicilər qarşısında çıxışında Azərbaycanda əldə edilən nailiyyətlərdən, sürətli inkişaf yolundan, habelə regionların dinamik şəkildə dəyişən və gözəlləşən simasından bəhs edib. Deputatlığa namizəd Ağalar Vəliyev onu da deyib ki, YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə dinamik inkişafa nail olunub.
Tədbirdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədini yekdilliklə dəstəkləyəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 994 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30