/ / YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib
12.12.2015 [11:15]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Qadınlar Şurası Nərimanov rayonu ərazisində yerləşən “Tərəqqi” liseyində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədr müavini, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova bildirib ki, Ümummilli lider Heydər Əliyev xalqımızın və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib. Çıxışında Ümummilli liderin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu deyən M.Məmmədova həmçinin Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti ilə ölkəmizin daha da yüksək inkişaf xətti tutduğunu vurğulayıb.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova isə bildirib ki, həm Sovet hakimiyyəti, həm də müstəqillik dövründə Ulu öndər Heydər Əliyev yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. O qeyd edib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu günümüzün gerçəkliyi budur ki, Azərbaycan dinamik inkişaf yolundadır. Hər bir sahədə tərəqqi müşahidə olunur. Dünyanın ən nüfuzlu mətbuat orqanlarında ölkəmizin iqtisadi və siyasi uğurları geniş şərh olunur. Eyni zamanda, dünya siyasətçiləri bu fikri hər zaman bəyan edirlər ki, ölkəmizdə həyata keçirilən siyasətin alternativi yoxdur”.
M.İbrahimova əlavə edib ki, Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova ölkəmizin dünəninin, bu gününün və sabahının tarixi şəxsiyyət, Azərbaycanın böyük oğlu, unudulmaz dahi öndərimizin adı ilə qırılmaz və əbədi tellərlə bağlı olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan tarixinin böyük bir dövrü, onilliklər ərzində qazandığı nailiyyətlər Ulu öndərimizin adı ilə bağlıdır.
Təhsil Nazirliyinin nümayəndəsi Hüseyn Mirzəyev də Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edib. H.Mirzəyev, eyni zamanda, Ümummilli liderimizin təhsilin, elmin, mədəniyyətimizin inkişafı, Azərbaycan xalqının bir ideya - azərbaycançılıq ideyası ətrafında birləşməsi istiqamətində atdığı addımlardan geniş söhbət açıb.
Tədbirdə digər çıxış edənlər də dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb, Ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildiriblər.
Sonda “Tərəqqi” liseyinin şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

