Multikulturalizm sahəsində ən uğurlu model kimi Azərbaycan nümunəsi öyrənilir
27.05.2016 [10:11]
Mayın 26-da Siyəzən şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Siyəzən Şəhər Mədəniyyət Sarayında keçirilən tədbirdə YAP Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon təşkilatlarının Qadınlar Şurasının sədrləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, multikultural dəyərlərin Azərbaycan modelinin təbliği istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir. YAP ölkənin ən nüfuzlu və qüdrətli siyasi qüvvəsidir. Bu baxımdan YAP Qadınlar Şurasının bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Paytaxtla yanaşı, regionlarda da bu cür tədbirin keçirilməsi, multikulturalizmin Azərbaycan modelinin təbliğ olunması əlamətdar hadisədir.
Azərbaycanda multikulturalizmin dövlət siyasətinin tərkib hissəsini təşkil etdiyini vurğulayan natiq multikultural nəzəriyyənin əsasında Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının dayandığını qeyd edib. Bildirilib ki, bu dəyərlər dünyada ölkəmizin nüfuzunu daha da artırır. Ölkəmizdəki tolerant və multikultural dəyərlər etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların birləşməsinə səbəb olub. Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli bütün dünyada böyük rəğbətlə qarşılanır. Multikulturalizm sahəsində ən uğurlu model kimi Azərbaycan nümunəsi öyrənilir.
Konfransda YAP Qadınlar Şurasının İdarə heyətinin üzvü Zərifə Quliyeva və partiyanın rayon təşkilatları qadınlar şuralarının nümayəndələri çıxış edərək azərbaycançılıq ideologiyası və multikulturalizmin bir-birini tamamlayan dəyərlərə çevrildiyini vurğulayıblar.
Tədbirdə multikultural dəyərlərlə yanaşı, qadın hüquqları, qadınların ölkəmizin inkişafındakı rolu və başqa mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19

